Yaponiyalı alimlər dəniz suyunda tamamilə parçalanaraq qida maddələrinə çevrilə bilən plastik material hazırlayıblar. Bu, belə plastiklərin okeana düşdüyü halda tez bir zamanda ətraf mühit üçün təhlükəsiz komponentlərə çevrilməsi deməkdir.
Baki-baku.az bu barədə “Science” jurnalına istinadən xəbər verir.
Məlumata görə, material supramolekulyar polimerlərdən hazırlanıb. Belə bir struktur ona adi plastikdən daha möhkəm olmaq imkanı verir. Lakin duzlu suya düşdükdə asanlıqla parçalanır, zərərli mikroplastiklər yaratmır və qida maddələrinə çevrilir.
“Biz möhkəm, stabil, təkrar emal edilə, çoxsaylı funksiyaları yerinə yetirə bilən və ən əsası mikroplastik əmələ gətirməyən yeni plastik növü yaratdıq” , – deyə tədqiqatın rəhbəri Takuzo Aida bildirib.
Alimlər qeyd ediblər ki, bu plastik materialın istehsalı ucuz, yaradılma texnologiyası isə olduqca sadədir.