Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/01/2026

Paylaşın

GÜNDƏM

Bakıda CAMCA Regional Forumu işinə başlayır

Bu gündən Bakıda Mərkəzi Asiya, Amerika, Qafqaz və Əfqanıstanı (CAMCA) birləşdirən regional liderlərin illik görüşü – CAMCA Regional Forumu işinə başlayır.

Baki-baku.az xəbər verir ki, forum özəl biznes və dövlət sektorunun nümayəndələrini, yüksəksəviyyəli rəsmiləri, investorları, sahibkarları və ekspertləri bir araya gətirəcək.

İki gün davam edəcək tədbir çərçivəsində regionda əməkdaşlığın genişləndirilməsi, iqtisadi artımın təşviqi və sosial inkişaf üçün imkanlar müzakirə olunacaq.

Forumun proqramında sahibkarlıq və investisiya, ticarət və nəqliyyat, yaşıl maliyyə, süni intellekt, fintech, təhsil, turizm və media daxil olmaqla, region üçün aktual olan müxtəlif mövzulara həsr edilmiş panel müzakirələri və sessiyalar keçiriləcək.

2014-cü ildə təsis edilən CAMCA Regional Forum bu günədək 12 dəfə təşkil olunub. Forumlar çərçivəsində 40-dan çox ölkədən 2 000-dən artıq iştirakçı və 560-dan çox spiker bir araya gəlib.

2026-cı ildə Bakının ev sahibliyi etdiyi Forum region ölkələri arasında dialoqun, təcrübə mübadiləsinin və əməkdaşlığın inkişafına töhfə verəcək növbəti regional platforma olacaq.

Tədbir işini sabah yekunlaşdıracaq.

Bənzər Xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd

Ən son

GÜNDƏM

Bu gün – oktyabrın 1-də Azərbaycanda prokurorluq işçilərinin peşə bayramı qeyd olunur. Bu tarix həm

GÜNDƏM

Bu gün – oktyabrın 1-də Azərbaycanda prokurorluq işçilərinin peşə bayramı qeyd olunur. Bu tarix həm
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin