Yasamal rayonu, H.Zərdabi küçəsi 69 ünvanından keçən içməli su xəttində qəza baş verib.
Bu barədə Baki-baku.az-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən məlumat verilib.
Bildirilib ki, məsələ ilə bağlı məlumat daxil olan kimi dərhal əraziyə briqada və texnika cəlb olunub. Su axıntısının qarşısı alınıb. Hazırda xəttin təmiri və bərpası istiqamətində müvafiq işlər görülür.
