Gənclər və İdman Nazirliyinin tabeliyindəki “Bakı Kristal Zalı” MMC 60 əməkdaşının könüllü tibbi sığortalanması üçün açıq tender elan edib.
Baki-baku.az xəbər verir ki, tenderdə iştirak haqqı 72,42 manatdır.
İddiaçılar təkliflərini oktyabrın 20-nə qədər “Bakı Kristal Zalı”nın yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, Dövlət Bayrağı Meydanı ünvanına təqdim edə bilərlər.
Təkliflərə oktyabrın 20-də, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.
Ötən il bu tenderin qalibi “Meqa Sığorta” ASC olub, ona 37,2 min manat ödəniləcək.