Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/29/2026

Paylaşın

İdman

UEFA Çempionlar Liqası: “Sabah” ev oyunları üçün fərdi biletlərin satışına başlayacaq

“Sabah” klubu UEFA Çempionlar Liqasının Liqa mərhələsində keçirəcəyi ev oyunları üçün fərdi biletlərin satışına başlayacaq.
Bu barədə Baki-baku.az-a Bakı komandasının mətbuat xidmətindən məlumat verilib.
Əvvəlcə dörd ev oyununu əhatə edən paket biletlərin satışı yekunlaşdırılacaq. Paket biletlərin satışı oktyabrın 1-də, saat 12:00-da başa çatacaq.
Bundan sonra klub hər bir qarşılaşma üçün fərdi biletlərin satışına keçəcək. Fərdi biletlərin satışının başlanma tarixi və digər detallarla bağlı məlumatların ayrıca açıqlanacağı bildirilib.
Qeyd edək ki, paket biletlər azarkeşlərə “Sabah”ın “Slaviya” (Çexiya), “Borussiya” (Dortmund, Almaniya), “Barselona” (İspaniya) və “Napoli” (İtaliya) ilə keçirəcəyi dörd ev oyununu stadiondan izləmək, həmçinin bütün qarşılaşmalarda eyni yerdə əyləşmək imkanı verir.
Klub paket biletlərə göstərilən marağın gözləntiləri üstələdiyini və dörd ev oyununun hər birinə azarkeş marağının yüksək olduğunu bildirib.
Beləliklə, bütün dörd ev oyununu eyni yerdən izləmək istəyən azarkeşlər paket biletləri oktyabrın 1-i, saat 12:00-dək əldə edə bilərlər. Bu müddətdən sonra 4 qarşılaşmanı əhatə edən paketlərin satışı dayandırılacaq.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Ən son

İdman

Bakıda keçiriləcək üzgüçülük üzrə "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub.

İdman

Bakıda keçiriləcək üzgüçülük üzrə "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin