FIFA-nın prezidenti Canni İnfantino Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə xatirə hədiyyələri təqdim edib.
Baki-baku.az xəbər verir ki, təqdimetmə mərasimi rəsmi qəbul zamanı baş tutub.
Hədiyyələr arasında idman köynəyi, eləcə də gələn ay ölkəmizdə ilk dəfə 15 yaşadək oğlan futbolçular arasında təşkil olunacaq (FIFA U-15) dünya çempionatının, həmçinin 2027-ci ildə keçiriləcək 20 yaşadək kişi futbolçular arasında dünya çempionatının (FIFA U-20 World Cup) rəsmi topu və vımpeli də olub.
İdman köynəyində dövlətimizin başçısının soyadı və 2026-cı ilə rəmzi olaraq “26” rəqəmi qeyd olunub.