Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/29/2026

Paylaşın

TARIXI ŞƏXSİYYƏTLƏR

Səltənəti viran olan, övladları səfalət içərisində ölən Sultan – II Əbdülhəmid

“Məndən sonra bu dövləti 10 il idarə etsinlər, mən onu 100 il idarə etmiş sayacağam!”

İnsanın qalxması, enməsi, rüzgarın qara donlu buluda bürünməsi min illər boyu həm də, sarayın, siyasətin dili olub. İqtidar üçün atasını taxtdan endirən Yavuz Sultan Səlim, səltənət naminə qardaşlarını qılıncdan keçirməkdən belə çəkinməyən Sultan Murad və Sultan Əhməd, saray çəkişmələrinə, Hürrəm sultanın fitnələrinə uyub Şahzadə Mustafanın edamına əl qoyan Qanuni Süleyman ata kimi nə qədər ağrılı tərcümeyi-hala sahindirsə, Osmanlı tarixinə islahatçı Sultan kimi yazılan Sultan II Əbdülhəmid də faciəli sonluğu, taleyi ilə kədər yerimizdir.

Sultanın qeyd etdiyi 10 ili belə tamamlamaq mümkün olmadı

Osmanlının çökdüyü illəri yaşayan, onun yıxılmasının qarşısını almaq üçün bütün iradəsini ortaya qoyan, “Məndən sonra bu dövləti 10 il idarə etsinlər, mən onu 100 il idarə etmiş sayacağam!” nidası ilə tarixdə qalan Sultan II Əbdülhəmid taxtdan endirildikdən 9 il 6 ay 3 gün keçmiş Osmanlı İmperiyasının taleyi həll olundu. Sultanın qeyd etdiyi 10 ili belə tamamlamaq mümkün olmadı. Səbəb bir idi: dövran Osmanlıdan üz çevirmişdi.

Milli dövlətçilik və milli-mənəvi dəyərlər adına kədər yerimiz

Bu kədərli illərdə quruluş, zaman, təkcə Osmanlı İmperiyasından üz çevirməmişdi. İqtidarı zamanı tikdirdiyi mədrəsələr qədər məktəblər açdıran, ölkəyə rabitə və dəmir yol xətti çəkdirən Sultanın övladları səfalət içərisində dünyaya vida nəğməsi oxumuşdu. Pulsuzluqdan və acından ölən Əhməd Nurəddin Əfəndi, rüsumu ödənilmədiyi üçün qəbri sökülüb, nəşi kimsəsizlər qəbiristanlığında dəfn edilən, çalaya atılan Orxan Əfəndi, ev sahibinin rəhm edərək kirayə pulu almadığı, köhnə bir pansiyonda, dar otaqda vəfat edən Zəkiyə Sultan, Arnavutluqdakı əsir düşərgəsində vəba xəstəliyindən dünyasını dəyişən Nahidə Sultan təkcə Sultan II Əbdülhəmidin səfalət içərisində yaşayan, sahib çıxılmadığı üçün məzarları belə yer üzündən silinən övladları deyil, millət, məmləkət, milli dövlətçilik və milli-mənəvi dəyərlər adına kədərli yerimizdir.

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, Baku Learning Lab çərçivəsində şirkət kriptosavadlılığın artırılmasına, rəqəmsal aktivlərin iş prinsiplərinin və onlarla bağlı

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin Xaqani Şirvaninin 900

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin Xaqani Şirvaninin 900
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin