Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/03/2026

Paylaşın

İQTİSADİYYAT

Azərbaycana gətirilən malların dəyəri manatla bəyan ediləcək

Mal, Manat, Gömrük

Bu gündən Azərbaycana gətirilən malların gömrük dəyəri Azərbaycan Respublikasının milli valyutası ilə bəyan ediləcək.

Baki-baku.az xəbər verir ki, bununla bağlı Gömrük Məcəlləsində dəyişiklik edilib.

Qanun Prezident İlham Əliyev tərəfindən avqustun 4-də təsdiqlənib və qərara əsasən dərc edildiyi gündən 30 gün sonra – sentyabrın 3-dən qüvvəyə minib.

Belə ki, Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunun 220.3. bəndində bildirilir ki, malların gömrük dəyəri Azərbaycan Respublikasının milli valyutası ilə bəyan edilir.

Malların gömrük dəyəri bəyanetməni həyata keçirən şəxs tərəfindən Gömrük Məcəlləsi və “Gömrük tarifi haqqında” Qanunla nəzərdə tutulmuş qaydada müəyyən olunur.

Malları gömrük məqsədləri üçün dəyərləndirən şəxs onların bəyan edilməsi ilə bağlı sənədləri və məlumatları 3 il ərzində saxlamalı, gömrük orqanları tərəfindən tələb olunduqda, müəyyən edilmiş gömrük dəyərinin dəqiqliyini yoxlamaq üçün bəyanetmə ilə bağlı sənədləri və məlumatları onlara təqdim etməlidir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Şanlıurfanın (Türkiyə) zəngin tarixi və mədəni irsi sentyabrın 5-6-da Bakıda keçiriləcək "Şanlıurfa Mədəniyyət Günləri" çərçivəsində təqdim olunacaq.

Ən son

İQTİSADİYYAT

Bu gündən Azərbaycana gətirilən malların gömrük dəyəri Azərbaycan Respublikasının milli valyutası ilə bəyan ediləcək.

İQTİSADİYYAT

Bu gündən Azərbaycana gətirilən malların gömrük dəyəri Azərbaycan Respublikasının milli valyutası ilə bəyan ediləcək.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin