Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/01/2026

Paylaşın

GÜNDƏM

Mehriban Əliyeva Bişkekdə dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olub

Mehriban Əliyeva Bişkekdə, Mehriban Əliyeva, Qırğızıstan, Bişkek

Sentyabrın 1-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva Qırğız Respublikasının birinci xanımı Ayqul Japarova, Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan, Özbəkistan Respublikasının birinci xanımı Ziroat Mirziyoyeva və Çin Xalq Respublikasının birinci xanımı Pen Liyuan ilə birlikdə Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub.

Baki-baku.az AZƏRTAC-a istinadən xəbər verir ki, Qırğız Respublikasının birinci xanımı Ayqul Japarova Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanı və digər birinci xanımları qarşılayıb.

“Ala-Arça” Dövlət iqamətgahında təşkil edilən mədəni proqram çərçivəsində birinci xanımlar Qırğızıstanın xalq dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Ekspozisiya fəxri qonaqları qırğız xalqının zəngin mədəni irsi, özünəməxsus ənənələri, əsrlər boyu formalaşmış sənətkarlığı və milli koloriti ilə tanış edir.

Sərgidə, həmçinin keçədən hazırlanmış məmulatlar, ənənəvi məişət əşyaları, xalq sənətkarlarının əsərləri və qırğız dekorativ-tətbiqi sənətinin müxtəlifliyini əks etdirən digər əl işləri təqdim olunur.

Qonaqlar üçün konsert proqramı hazırlanıb. Yaradıcılıq kollektivləri və ifaçılar milli mədəniyyətin gözəlliyini, ənənələrin zənginliyini, qırğız xalqının qonaqpərvərliyini əks etdirən musiqi və rəqs nömrələri təqdim ediblər.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az bu barədə agentliyə istinadən xəbər verir.

Ən son

HƏR ŞEYDƏN

Urbanizasiya əhalinin şəhərlərdə cəmləşməsi, şəhərlərin genişlənməsi və şəhər həyat tərzinin yayılması prosesidir.

HƏR ŞEYDƏN

Urbanizasiya əhalinin şəhərlərdə cəmləşməsi, şəhərlərin genişlənməsi və şəhər həyat tərzinin yayılması prosesidir.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin