Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/01/2026

Paylaşın

TARIXI ŞƏXSİYYƏTLƏR

Sulu Çor xaqan – “Dar keçid”in fərmanı, “Susuzluq günü”nün Sultanı

IMG-20260901-WA0005

Əməvi ordularını Türküstan qırgəzlərindən, Fərqanə vadisindən didərgin salan Böyük xaqan – “Əbu Müzahim” ən çox güvəndiyi sərkərdələrindən biri Buğa Tarkanın xəyanəti ilə sui-qəsddə qurban getdi

Dünyanın ən böyük imperiyalarından birinə – Əməvilərə cəhənnəm əzabını yaşadan, altı böyük düşmən hökmdarını dalbadal məğlubiyyətə uğradan, adına tarix kitablarında tək-tük rast gəldiyimiz Türküstanın əyilməz qalxanı Türğiş dövlətinin qurucusu Sulu Çor xaqan bəlkə də bu gün az adam tanıyır. VIII yüzilin əvvəlində Türküstan qanın su yerinə axdığı savaş meydanı idi. Dövrün ən qüdrətli imperiyası hesab olunan Əməvilərin ordusu Mavərünnəhrə doğru irəliləyir, şəhərləri işğal edir, türk yurdlarını basqı ilə üz-üzə qoyur. Belə bir zülmət dolu dönəmdə dağılmış türk boylarını bir Bayraq altına cəm edən Sulu Çor xaqan düşmən ordusunun qarşısına təkcə qılıncı ilə deyil, qüdrətli sərkərdə iradəsi ilə çıxdı. Ərəb ordularını Qırgəzlərə çəkib çıxış yollarını bağlamaqla onları çıxılmaz duruma saldı. Türk süvarilərinin hücumları ərəb ordusunu bir anın içərisində dizə gətirdi. 724-cü ildə Fərqanə vadisi yaxınlığında tərtib etdiyi döyüş taktikası ilə Sulu Çor xaqan türkün qüdrətini, əzəmətini xilafət ordusuna nümayiş etdirdi.

Düşmən qüvvələri bozqrlarda günlərlə susuz qaldı. İslam tarixçilərinin “Susuzluq günü” olaraq qeyd etdiyi zəfərdə Əməvi ordusu böyük itkilər verərək geri çəkilmək məcburiyyətindı qaldı.

Sulu Çorun polad iradəsi sayəsində Türküstan düz 20 il ayaqda qaldı

731-ci ildə gerçəkləşən “Dar keçid savaşı” isə düşmən ordusunu sərt keçidlərdə tələyə düşüb məhv olmaq təhlükəsi ilə üz – üzə qaldı. Sulu Çor xaqan həmin gün adını tarixə həm də Qırgəzlərin Sultanı kimi yazdı. Bu sarsılmaz qüdrət, əzəmət, dözüm və iradə ona rəqibləri tərəfindən də xüsusi bir ünvan qazandırdı. Əməvi sərkərdələri onu qorxu və sayğı ilə Əbu Müzahim, yəni davamlı hücum taktikası gerçəkləşdirən qorxmaz sərkərdə olaraq anmağa başladılar. Nə az nə çox düz 20 il Türküstanın səngərinə, sipərinə, qalxanına dönən, türkün əzəmət , qüdrət ünvanı kimi tarixdə qalan Türğiş xaqanı Sulu Çorun polad iradəsi sayəsində Türküstan ayaqda qaldı. O, var olduqca mənsub olduğu məmləkətin, yurdun qapıları düşmən üzünə bağlı qaldı.

Bütün qüdrətli Liderlər, Sərkərdə- xaqanlar kimi tarixdə qolunun davamı olan qılıncı ilə qalan Sulu Çor xaqanın təssüf ki, son vidası savaş meydanının adına yazılmadı. Dünyanın dizini yerə gətirən Əməvi ordularını Türküstan qırgəzlərindən, Fərqanə vadisindən didərgin salan Böyük xaqan – Əbu Müzahim ən çox güvəndiyi sərkərdələrindən biri Buğa Tarkanın xəyanəti ilə 739-cu ildə təşkil olunan sui-qəsddə qurban getdi. Onun ölümü ilə Türğiş dövləti daxili savaşlara, qırğınlara sürükləndi. Bir- birinə arxa çevirən bəylər bir araya gələ bilmədilər. Əski gücünü, qüdrətini, əzəmətini itirən Türğiş dövləti kədər dolu iflas illərini yaşadı.

Səhraların Sultanı, cəng meydanlarının Aslanı kimi tarix yaratsalar da, Sulu Çor xaqanın əcəl şərbətindən içdilər

Sulu Çor xaqan türk dövlətçilik tarixinin ən ağırdönəmlərinin birində millətinə sipər olub əfsanəvi bir Lider, qüdrətli Sərkərdə- xaqan kimi tarix yaratsa da, ruhu onun iradəçilik təliminə arxa çevirən, kürəyindən vuran törəsini bağışlamadı. Türğiş xaqanlığını çökdürənləri onun qanı tutub, ruhu dərbədər etdi.

Kədər və təssüf hissi ilə onu da qeyd edə bilərik ki, Sulu Çor xaqandan sonra dünyanın dizini yerə gətirən Atilla, Alp Arslan, Nadir şah Əfşar, Ağa Məhəmməd şah Qacar kimi qüdrətli Sərkərdə – xaqanlarımızın da qismətinə onun taleyindən pay düşdü. Onlar da səhraların Sultanı, bozqırların Tanrısı, cəng meydanlarının Aslanı kimi tarix yaratsalar da, Sulu Çor xaqanın əcəl şərbətindən içdilər. Savaş meydanlarında deyil, kürəklərinə saplanan xəncərlərin acısını, badələrinə süzülən zəhərin dəhşətini özgələrin deyil, doğmaların əli ilə yaşadılar.

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir

Ən son

SİYASƏT

Sentyabrın 1-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb

SİYASƏT

Sentyabrın 1-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin