Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/31/2026

Paylaşın

GÜNDƏM

“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda “Əncir festivalı” keçirilib

"Əncir festivalı"

“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda “Əncir festivalı” keçirilib.

Bu barədə Baki-baku.az-a “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.

Qeyd olunub ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı və “EkoSfera” Ekoloji Sosial Mərkəz İctimai Birliyinin tərəfdaşlığı ilə keçirilən festival yerli sakinlərin və qonaqların böyük marağına səbəb olub.

Festival çərçivəsində bölgənin mədəniyyəti, sənətkarlığı və həyat tərzi zəngin mədəni dəyər kimi təqdim edilib.

Qonaqlar festival ərazisində xüsusi olaraq bəzədilmiş “Əncirli fayton”un və “Əncirin sehrli divarı”nın qarşısında, eləcə də saman konseptli rəngarəng fotozonalarda yaddaqalan şəkillər çəkdiriblər.

Festival boyunca həm böyüklər, həm də uşaqlar üçün zəngin proqram təqdim olunub.

Tədbirdə iştirak edən balaca ziyarətçilər “Tıq-tıq xanımın macəraları” kukla tamaşasını izləyib, “Öz əncirini boya” ustad dərsində yaradıcılıq bacarıqlarını göstəriblər.

Eyni zamanda Sənətkarlar meydanında və Sənətkarlar küçəsində xalçaçılıq sənəti nümayiş etdirilib, Dulusçu həyətində isə amuletlərin hazırlanması üzrə ustad dərsi keçirilib.

“Abşeronun sarı xəzinəsi” adlı rəsm sərgisi və geyim defilesi rəngarəng görüntülər yaradıb. “Əncir və qəhvə dənələri” adlı qədim falçılıq guşəsi isə tədbirə xüsusi maraq qatıb.

Festivalın qastronomiya zonasında yerləşən “Əncir laboratoriyası”nda müxtəlif əncir dadlarının dequstasiyası keçirilib.

Ziyarətçilər “Qalanın əncir dadları ocağı”, “Ləzzət guşəsi” və “Çay və əncir məclisi”ndə təqdim olunan ləzzətləri dadıb, “Qala sakinlərinin əncir süfrəsi”nə və “Ənənəvi əncir bərəkəti süfrəsi”nə qonaq olublar.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Respublikasının Prezident İlham Əliyev Şimali Kipr Türk Respublikasının Prezidenti Tufan Erhürmana başsağlığı məktubu ünvanlayıb.

Ən son

GÜNDƏM

"Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda "Əncir festivalı" keçirilib.

GÜNDƏM

"Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda "Əncir festivalı" keçirilib.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin