Bakının Suraxanı rayonunun Hövsan kəndini içməli su ilə qidalandıran xətdə baş vermiş qəzanın aradan qaldırılması işləri çərçivəsində sabah günorta saatlarınadək suyun verilməsində müvəqqəti fasilə yaranacaq.
Baki-baku.az bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə məxsus “İri Şəhərlərin Su Təchizatı” QSC-yə istinadən xəbər verir.
Qurum müvəqqəti narahatlığa görə abonentlərdən üzr istəyib.