Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/31/2026

Paylaşın

SİYASƏT

Prezident İlham Əliyev Sadır Japarovu təbrik edib

Sadır Japarov

Azərbaycan Prezidenti İlham Əliyev qırğız həmkarı Sadır Japarova təbrik məktubu ünvanlayıb.

Baki-baku.az-ın məlumatına görə, təbrikdə deyilir:

“Hörmətli Sadır Nurqojoyeviç,

Qardaş Qırğız Respublikasının müstəqilliyinin 35-ci ildönümü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Bu gün Qırğızıstan Sizin rəhbərliyiniz altında dövlətçiliyin möhkəmləndirilməsi, sosial-iqtisadi tərəqqi və genişmiqyaslı quruculuq sahələrində mühüm nailiyyətlər əldə etmiş, beynəlxalq aləmdə böyük nüfuz qazanmışdır. Qardaş ölkə olaraq Qırğızıstanın uğurlarına öz uğurumuz qədər sevinirik.

Ənənəvi dostluq və qardaşlıq telləri ilə bir-birinə bağlı olan Azərbaycan ilə Qırğızıstan arasında münasibətlərin ildən-ilə inkişaf edərək bu gün müttəfiqlik səviyyəsinə çatması və yeni mahiyyət kəsb etməsi məmnunluq doğurur.

Bu yaxınlarda qonaqpərvər ölkənizə həyata keçirdiyim dövlət səfəri ölkələrimizin sıx tərəfdaşlıq əzmini və geniş əməkdaşlıq gündəliyinin olduğunu nümayiş etdirmiş, Azərbaycan-Qırğızıstan münasibətlərinin tarixində yeni mərhələnin əsasını qoymuşdur.

Əminəm ki, Azərbaycan-Qırğızıstan əlaqələri və müttəfiqliyi xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da birgə səylərimizlə yüksələn xətt üzrə inkişaf etməyə və güclənməyə davam edəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Qırğız Respublikasına daim əmin-amanlıq və firavanlıq arzulayıram.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Ən son

HƏR ŞEYDƏN

Bir vaxtlar Bakıda poçtalyon adicə məktub gətirən adam deyildi.

HƏR ŞEYDƏN

Bir vaxtlar Bakıda poçtalyon adicə məktub gətirən adam deyildi.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin