Nəşr edilmişdir 11/15/2024

Paylaşın

DİGƏR XƏBƏRLƏR

Tunc dövrünə aid sensasiyalı kəşf

Tunc dövrünə aid sensasiyalı kəşf

İspaniyalı tədqiqatçılar qrupu 1963-cü ildə Pireney yarımadasında tapılan məşhur “Vilyena xəzinəsi”nin təhlilini apararaq heyrətamiz bir kəşf ediblər. Nəticələr göstərib ki, son tunc dövrünə (e.ə. 1400-1200) aid olan bu xəzinədəki bəzi əşyalar Yerdən kənar mənşəyə malikdir.
Baki-baku.az bu barədə “IFLScience“ə istinadən xəbər verir.
“Vilyena xəzinəsi” bilərziklər, kasalar və şüşələr daxil olmaqla 66 qızıl və gümüş artefaktdan ibarətdir. Bu tapıntılar öz dövrünün zərgərlik sənətinin ən vacib nümunəsi hesab olunurlar.
Lakin iki əşya – ajur qızıl vərəqlə örtülmüş içi boş yarımsfera və bilərzik – uzun müddət alimləri çaş-baş qoyub. Belə ki, bu əşyaların dəmirdən hazırlanmış olması xronoloji dövrə uyğun gəlmir, çünki dəmir dövrü çox sonra, e.ə. 9-cu əsrdə başlayıb.

Tunc dövrünə aid sensasiyalı kəşf


Bəzi arxeoloqlar güman edirdilər ki, bu bəzəklər üçün dəmir, Tutanxamonun məşhur xəncərində olduğu kimi, düşən meteoritdən götürülüb. Bu fərziyyəni yoxlamaq üçün tədqiqatçılar xəzinədəki dəmir əşyaların kütlə-spektrometrik analizini aparıblar.
Nəticələrə görə məlum olub ki, sfera Avstraliyada tapılan “Mundrabilla” meteoriti ilə tərkibcə oxşar olan 5.5% nikel tərkibli meteorit dəmirindən hazırlanıb. Bilərzikdə nikel tərkibi daha aşağı idi – təxminən 2.8%, lakin sonrakı analiz bu elementin daha yüksək faizini aşkar edib.
Yekun nəticələr üçün əlavə tədqiqatlar tələb olunsa da, alimlərin ilkin versiyası ondan ibarətdir ki, bu artefaktlar üçün metal həqiqətən kosmosdan gəlib və qədim ustalar tərəfindən unikal bəzəklər yaratmaq üçün istifadə edilib.

Related Stories

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Dekabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün yaradılmış Dövlət Komissiyasının iclası

Ən son

GÜNDƏM

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhəri

GÜNDƏM

Dekabrın 25-də “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Bakı-Qroznı reysini icra edərkən Qazaxıstanın Aktau şəhəri yaxınlığında

GÜNDƏM

Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həyatını