Dünya bir nağıl, əfsanədir. Gəzdikcə, gördükcə kitab kimi vərəqlənir, film kimi göz önündə sərgilənir. Adını eşitdiyimiz, arzusunda olduğumuz elə yerlər var ki, insanda bir içim su, ilğım abı-havası yaradır. Pəncərəsindən baxıb keçdiyimiz, gur bulaqlarından içdiyimiz dünyanın gəzməli, görməli yerləri, ünvanları barədə bilgilər istənilən yaşda insana maraqlı gəlir. Əldə olunan məlumatlardan bəlli olur ki, “Lixtenşteyni bir gündə kəşf etmək olar. Kiçik və gözəl ölkə olan Lixtenşteynin uzunluğu şimaldan cənuba cəmi 25 km, şərqdən qərbə isə 4 km. Hansı yolla keçsəniz, bir neçə saata bütün ölkəni gəzə bilərsiniz”.
Nyu-Yorkdakı Mərkəzi parkı isə dünyanın ən məşhur çəkiliş yeridir. Manhettenin ortasında yerləşən bu park bir sakitlik adasıdır. Burada çəmənliklər, abidələr, heykəllər, çoxsaylı körpülər olduğuna görə çəkilişlər üçün çox cəlbedicidir.

Tullantıları istilik və enerjiyə çevrən şəhər
Əldə olunan məlumatlardan bəlli olur ki, dünyanın ən təmiz ölkəsi Danimarkadır. Ekologiyanın qorunması danimarkalıların həyat tərzidir.
Səyyahların dili ilə desək Kopenhill tullantıların emalı zavodu nəyə desən dəyər.Ona görə ki, o da Danimarka kimi dünyanın maraq dairəsində olan ünvanlardan biridir. Burada şəhər tullantıları istilik və enerjiyə çevrilir. Binanın damında isə süni xizək enişi quraşdırılır.

Ürək adanın ünvanı
Xorvatiyadakı Qaleşnyak adası ürək formasındadır. Dünyada ürək formalı ada çoxdur, amma Xorvatiyadakı Qaleşnyak adasından isə yoxdur. İnformasiyadan bəlli olur ki, əvvəllər burada yaşayış olmayıb. Ölkənin truzim potensialını gücləndirmək üçün inkişaf etdirilir. Deyilənə görə bura tezliklə turistlərin romantik səyahətləri üçün ən gözəl məkanlardan birinə çevriləcək.

Ən böyük sualtı heykələ ev sahibliyi edən ada
Bəlkə də az adam bilir ki, Baham adalarında dünyanın ən böyük sualtı heykəli var. Okeanın altında gizlənən dünyanın ən böyük sualtı heykəli “Okean Atlantı” adlanır. Çəkisi 60 ton, hündürlüyü 5 metr yarımdır.

Sürətin “sürət halını” yaradan ölkə
Sürətli inkişafı, sənaye və kənd təsərüffatı ilə dünyaya meydan oxuyan, ticarətin öncüllərindən sayılan Çində Paris yaradırlar. “Hançjou şəhərinin ətrafında “Kiçik Parisi” incəsənət nümunəsinə çeviriblər. Məlumatlardan bəlli olur ki, Eyfel qülləsinin, Zəfər tağının, Yelisey meydanının, Lüksemburq bağlarındakı fəvvarənin sürətləri vardır.”

Vadinin soyuq qütbü
Milli – mənəvi dəyərlər tariximizdə mühüm yer tutan Oymyakon dünyanın ən soyuq yaşayış məskənlərindən biridir. Yakutiyadakı Oymyakon vadisi soyuqların qütbüdür. Burada temperatur mənfi 70 dərəcəyə çatır. Heç bir şəraiti olmayan bu əyalətdə 500 nəfər yaşayır və şimal maralı otarmaqla, ovçuluqla, balıqçılıqla məşğul olurlar. Sərt iqlimdən çəkinməyənlər Oymyakonun ziyarətində olur.

Mağaralar diyarı
Dünyaya mədəniyyət və siyasət “ixrac edən” Avropada mağaralar diyarının olduğu, bəlkə də kiminsə ağlına gəlməz. Paytaxtı Qranada olan bu diyarda 2000 – dən çox yeraltı yaşayış məskənində insanlar XV əsrdən bəri yaşayırlar və mağara həyatı sürürlər.

Atlarının sayı insanlardan çox olan ölkə
Dənizə çıxışı olmayan Monqolustan ən böyük dövlətlərdən biri olmaqla yanaşı, həm də əhalisi ən az olan ölkədir. Deyilənə görə, bəzi bölgələrində gün ərzində küçədə bir nəfərə belə rast gələ bilməzsiniz. Burada atların sayı insanlardan çoxdur. Başı qarlı dağları, gözoxşayan çəmənləri və quraq səhra gölləri ilə dünyanın gözəlliyinə gözəllik qatan, geniş çölləri, zəngin dövlətçilik ənənələri ilə məşhur olan bu ölkə dünyada həm də heyvandarlığın inkişaf ünvanı kimi tanınır. Qüdrətli sərkərdələri, ordusu, cəsarətli əsgərləri, ət və süd məhsullarından ibarət zəngin süfrəsi ilə tanınan Monqolustan həm də, Moğol türklərinin qüdrətli dövlətlər qurduğu torpaqlardır. Təkcə Çingiz xaqanın adını çəkmək kifayət edər ki, onun əzəməti barədə qalın, həm də qalan kitablar yaradasan.
Şərəf Cəlilli