Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/23/2026

Paylaşın

TARİX

Türk dövlətlərini yeni bir Bayraq altında birləşdirəcək tarixi hadisə baş verdi, Qatvan savaşı yaşandı

II yazı

Malazgirt savaşını qazanan Alp Arslan Qaraxanlılar İmperiyasına hücum edib Bərzəm qalasını tutdu

Mənbələr onu da sübut edir ki, 1042-ci ildə Qaraxanlılar Şərqi Qaraxanlı və Qərbi Qaraxanlı olaraq iki yerə ayrılmışdır. Bu barədə məlumatların yer aldığı əlyazmalara istinad edərək deyə bilərik ki, Böyük Səlcuqlu İmperiyası Qaraxanlılara gücünü tamamilə qəbul etdirmiş, Böyük Səlcuqlu İmperiyası ilə Qaraxanlılar arasındakı əlaqələrinin zəiflədiyi ərəfədə türk dövlətçilik tarixinə təsir edəcək ciddi bir hadisə yaşanmışdır. Malazgirt savaşını qazanan Sultan Alp Arslan bir il sonra 1072-ci ildə Qaraxanlılar İmperiyasına hücum etmiş, Bərzəm qalasını tutmuşdur. Bu vəziyyət tarixin yönünü dəyişmiş, baş verən siyasi və hərbi hadisələrdən sonra Səlcuqlu taxtına Məlik şah keçmiş, Səlcuqlular Qaraxanlılara üstünlüyünü qəbul etdirmişdir. Qaraxanlılardan qız alan Məlik şah Tərkən xatunla evlənərək,  iki türk tirəsinin və dövlətinin  yeni istiqamətdə inkişafının və barışın təməlini qoymuşdur.  Bu dövrdə Qaraxanlılar İmperiyasının Şərq istiqamətinin paytaxtı Balasaqun idi. Səlcuqlu Sultanı Səncərin buralara, Qarluq boylarının üzərinə yürüşü barədə məlumatlardan bəlli olur ki,  onun hücumlarından sonra Şərqi Qaraxanlı dövləti Qaraxıtaylar tərəfindən yıxılmışdır. 1141-ci ildə türk dövlətlərini yeni bir Bayraq altında birləşdirəcək tarixi hadisə baş vermiş, Qatvan savaşı yaşanmışdır. Şərqi Qaraxanlıları yıxan Qaraxıtaylar üzərinə Sultan Səncərin himayəsi altında olan ordu Qərbi Qaraxanlı torpaqlarına girərək Qaraxıtaylarla savaşmışdır. Bu savaşda Sultan Səncərin məğlub olması ilə Qaraxanlı torpaqları istilaya məruz qalmışdır. 1212-ci ilə qədər Qaraxıtayların təsiri altında qalan Qaraxanlı İmperiyası Xarəzmşahlar tərəfindən tamamilə yıxılmış, tarix səhnəsindən silinmişdir

Səmərqənddə türk-islam mədrəsələrinin təməli  qoyulmuşdur

Türküstanda qurulan, ilk türk-islam dövləti olaraq tarixdə qalan Qaraxanlılar İmperiyası dövlət idarəçilik sistemində milli kimliklərini  daim qorumuşlar. Türkçənin incəliyi ilə qələm çalan elmi-irfan sahibləri, ustad sənətkarlar Qaraxanlı sarayında himayə olunmuş, milli dövlətçilik və milli-mənəvi dəyərlər tarixi ilə bağlı ciddi əsərlər yaratmışlar.

Tarixdə ilk dəfə olaraq məhz Qaraxanlı İmperiyası zamanında Səmərqənddə türk-islam mədrəsələrinin təməli qoyulmuşdur. Burada ilk təqaüdlü tələbəlik sistemi tətbiq edilmiş, İslam biliciləri və hafizlər dövlətin himayəsi altında yetişdirilmişdir.  İlk türk-islam memarlığı nümunələrinin təməli qoyulmuş , Ribat deyilən karvansaralar inşa edilmişdir. İslamı qəbul etmələrinə baxmayaraq  Türküstan mədəniyyətini, tarixini, milli-mənəvi dəyərlərini qoruyub inkişaf etdirən Qaraxanlı hökmdarları türk dövlətçilik tarixində ilk dəfə  olaraq idarəçilik təliminin toplusu olan “Qanunnamə”lərin yazılmasına nail olmuşlar. Əski  saray mədəniyyətində, türk dövlətçilik ənənəlrində olduğu kimi “İkili təşkilat tətbiq etmişlər.” Kaşğarlı Mahmud,  Yusif xas Hacib Balasaqunlu, Xoca Əhməd Yasəvi kimi qüdrətli fikir və düşüncə sahibləri  yetirmişlər.

Kaşğarlı Mahmudun “Divanü Lüğat-it-Türk”ü, Yusif Xas Hacib Balasaqunlunun “Qutadqu Bilik”i, Xoca Əhməd Yəsəvinin “Divan-ı Hikmət”i, Ədib Əhməd Yüknəkinin “Atabətül Həqayiq”i kimi qiymətli əsərləri Qaraxanlılar İmperiyası dövründə qələmə alınmışdır. Dünyanın maddi-mədəni irsi siyahısına daxil edilən, Qaraxanlı hökmdarı Aslan xan tərəfindən ucaldılan Minarə qalası, Qaraxanlı hökmdarı Şəms əl-Mülkün əmriylə təməli qoyulan Ribat Məlik karvansarayı, Şəmsabad qalası, İbrahim ibn Hüseyn sarayı da Qaraxanlılar İmperiyası dövrünün incilərindəndir.

Şərəf Cəlilli

Bənzər Xəbərlər

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

"Neftçi"nin qadın futbolçulardan ibarət komandası 2026/2027 mövsümündə UEFA Çempionlar Liqasında ilk oyununa çıxacaq.

Ən son

Mədəniyyət

Azərbaycan təsviri sənətinin ilk professional qadın rəssamı Maral Rəhmanzadə də məhz belə sənətkarlardan idi.

Mədəniyyət

Azərbaycan təsviri sənətinin ilk professional qadın rəssamı Maral Rəhmanzadə də məhz belə sənətkarlardan idi.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin