Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 07/13/2026

Paylaşın

GÜNDƏM

Suraxanıda 14 İyul küçəsi və parkda abadlıq işləri aparılıb

Suraxanıda 14 İyul küçəsi, Suraxanı rayonu, 14 İyul küçəsi

Suraxanı Rayon İcra Hakimiyyəti rayonun 14 İyul küçəsi və ərazidəki parkda abadlıq işləri həyata keçirib.

Bu barədə Baki-baku.az-a Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Görülən işlər nəticəsində həm ərazinin infrastrukturunu yenilənib, həm də sakinlər üçün rahat istirahət məkanları yaradılıb. Burada Heydər Əliyev bulağı, Yeni Suraxanı parkı, Şəhidlər abidəsi və 14 İyul küçəsindəki abidə yenidən qurulub, yol kənarındakı obyektlərin fasadları üzlənib, hasarlarda suvaq və rəngləmə işləri aparılıb. Küçə boyu asfalt örtüyü yenilənib, tamet döşəmə və bordürlar çəkilib, piyadaların rahat və maneəsiz hərəkəti üçün müvafiq infrastruktur yaradılıb. Yaşıllaşdırma işləri çərçivəsində əraziyə 500 ədəd yeni şam ağacı əkilib və qazon örtüyü çəkilib.

Yeni Suraxanı parkı əsaslı təmir edilib, sakinlərin istirahəti, uşaqların və gənclərin asudə vaxtlarını səmərəli keçirilmələri üçün tam şərait yaradılıb. Bütün yaş qruplarına aid vətəndaşlar nəzərə alınaraq onlar üçün xüsusi guşələr yaradılıb. 2 yeni söhbətgah və parkın ərazisində müasir işıqlandırma sistemləri və 50 ədəd yeni oturacaq quraşdırılıb. Parkın ətrafında təhlükəsizliyi təmin etmək məqsədilə dəmir məhəccərlər qurulub.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də Şuşada tarix-memarlıq abidəsi olan "Sadıqcanın evi"nin bərpadan sonra açılışında iştirak edib.

Ən son

GÜNDƏM

Azərbaycanda iyulun 14-də 39 dərəcə isti olacaq.

GÜNDƏM

Azərbaycanda iyulun 14-də 39 dərəcə isti olacaq.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin