“Bakı” qəzetində çalışdığım illərdə çox çətin sınaqlardan keçmişik.
Bu fikirləri Baki-baku.az-a açıqlamasında Əməkdar jurnalist, uzun illər “Bakı” və “Baku” qəzetlərinin baş redaktoru vəzifəsində çalışmış Ağahüseyn Hüseynov bildirib.
O, qeyd edib ki, paytaxtın iqtisadi, siyasi, mədəni və sosial həyatını işıqlandıran “Bakı” və “Baku” qəzetləri Azərbaycan media məkanında özünəməxsus yer tuturdu: “Qəzet yarandığı gündən böyük oxucu marağına səbəb olub. “Bakı” və “Baku” nəşrlərinin yaradıcısı və ilk baş redaktoru Nəsir İmanquliyevin rəhbərliyi ilə böyük uğurlara imza atmışıq. Sonradan həmin məsuliyyətli və şərəfli missiyanı mən davam etdirmişəm. Ölkəmizin ağır və keşməkeşli yollardan keçdiyi dövrdə də “Bakı” məktəbini qoruyub saxlamağa çalışdıq və buna nail olduq”.
“Ümumilikdə demək istəyirəm ki, “Bakı” və “Baku” qəzetləri çox ağır dövrü geridə qoyub, çox çətin yollardan keçib. Qəzetin öz fəaliyyətini bu gün də davam etdirməsi məni çox sevindirir. Baki-baku.az layihəsinə uğurlar arzu edirəm” – deyə Ağahüseyn Hüseynov vurğulayıb.
Hacı Cavadov