Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 06/26/2026

Paylaşın

GÜNDƏM

Sumqayıt Dövlət Dram Teatrında Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçirilib

IMG-20260626-WA0016

Sumqayıt Şəhər İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatı və Sumqayıt Dövlət Dram Teatrının birgə təşkilatçılığı ilə 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Elşən Sərxanoğlunun eyniadlı əsəri əsasında səhnələşdirilən “Ölməz” monotamaşası nümayiş olunub.

Baki-baku.az xəbər verir kimi, tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının nümayəndələri, Milli Məclisin deputatları, müharibə veteranları, şəhid ailələrinin üzvləri, Vətən müharibəsi iştirakçıları, Dövlət Sərhəd Xidmətinin və Müdafiə Nazirliyinin əməkdaşları iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra “Heç nə unudulmur, heç nə yaddan çıxmır” layihəsi çərçivəsində hazırlanan “Ölməz” monotamaşası tamaşaçılara təqdim olunub. Səhnə əsərinin müəllifi Elşən Sərxanoğlu, quruluşçu rejissoru Xalq artisti Firudin Məhərrəmov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, rejissoru isə Ümid Abbaszadədir. Tamaşada aktyor Elay Xasıyev çıxış edib.

Monotamaşada Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun qəhrəmanlıq salnaməsi, vətənpərvərliyi və fədakarlığı bədii-estetik vasitələrlə səhnə həllini tapıb. Əsərdə onun altı silahdaşını itirdikdən sonra beş gün ərzində Alban kilsəsində təkbaşına mühasirəyə qarşı göstərdiyi müqavimət, bütün təzyiqlərə baxmayaraq təslim olmaması və Xocalıda girov götürülmüş 22 sakinin həyatını xilas etmək üçün göstərdiyi şücaət tamaşaçılar tərəfindən böyük maraq və duyğularla qarşılanıb.

Qeyd edək ki, Natiq Qasımov əsirlikdə ağır işgəncələrə məruz qalaraq qəhrəmancasına şəhid olub. O, ömrünün son anınadək Azərbaycan bayrağını düşmənə təslim etməyərək misilsiz vətən sevgisi və iradə nümayiş etdirib. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2024-cü il tarixli Sərəncamı ilə Natiq Qasımov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Silahlı Qüvvələr Gününə həsr olunan tədbir iştirakçılar tərəfindən yüksək qiymətləndirilib, qəhrəmanlıq tariximizin gənc nəslə çatdırılmasının vacibliyi xüsusi vurğulanıb.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Balıq ovu ilə məşğul olmaq üçün istifadə edilən balıqçı gəmiləri və balıq ovu alətləri barədə məlumatlar müvafiq icra

Ən son

GÜNDƏM

Sumqayıt Şəhər İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatı və Sumqayıt Dövlət Dram Teatrının

GÜNDƏM

Sumqayıt Şəhər İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatı və Sumqayıt Dövlət Dram Teatrının
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin