Azərbaycanın bəzi bankların kart əməliyyatlarında texniki problem yaranıb.
Baki-baku.az xəbər verir ki, bununla bağlı banklar mobil tətbiqləri vasitəsilə müştərilərinə bildirişlər göndərib.
“Hazırda 3-cü tərəfli yaşanan texniki çətinliklə bağlı kartlarda əlavə vəsait silinməsi baş verib. Problem yaxın zamanda aradan qaldırılacaq. Anlayışınız üçün təşəkkür edirik!”, – ABB-nin məlumatında qeyd olunub.
ABB-dən qeyd olunub ki, yaxın zamanda vəsaitlər bank hesablarına bərpa ediləcək.
Digər bank kartlarında da eyni problemin yaşandığı bildirilir.