Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 06/07/2026

Paylaşın

GÜNDƏM

Bakıda “Classics & Supercars” festivalı start götürüb

“Classics & Supercars” festivalı

Bakıda avtomobil həvəskarlarını bir araya gətirən “Classics & Supercars” festivalı başlayıb.

Baki-baku.az xəbər verir ki, Azərbaycan Avtomobil Federasiyası və “Nazar Holdings”in birgə təşkilatçılığı ilə keçirilən tədbir Dənizkənarı Milli Parkın ərazisində təşkil olunub.

İki gün davam edəcək festival çərçivəsində ziyarətçilər klassik, retro, idman avtomobilləri və superkarlarla yaxından tanış olmaq imkanı əldə edirlər. Sərgidə həm Azərbaycan Avtomobil Federasiyasının kolleksiyasına daxil olan eksponatlar, həm də tədbir üçün qeydiyyatdan keçmiş avtomobil sahiblərinin nəqliyyat vasitələri nümayiş etdirilir.

Festivalın əsas diqqət çəkən hissələrindən biri 1986-cı ilədək istehsal edilmiş klassik avtomobillərdir. Bu nəqliyyat vasitələri özünəməxsus dizaynı, mühəndislik həlləri və tarixi dəyəri ilə seçilir. Avtomobil sənayesinin müxtəlif inkişaf mərhələlərini əks etdirən bu nadir nümunələr kolleksiyaçılar və avtomobil həvəskarları tərəfindən qorunur, bərpa edilir və nümayiş olunur.

Tədbirdə retro avtomobillərlə yanaşı, yüksək sürət göstəriciləri və müasir texnologiyaları ilə seçilən idman avtomobilləri və superkarlar da sərgilənir. Beləliklə, festival ziyarətçilərə həm avtomobil tarixinin fərqli dövrlərinə səyahət etmək, həm də müasir avtomobil sənayesinin ən son nailiyyətlərini bir məkanda görmək imkanı yaradır.

Sərgi iyunun 7-də saat 16:00-dək davam edəcək. Festival çərçivəsində nümayiş olunan avtomobillər müxtəlif dövrlərin ruhunu və avtomobil sənayesinin inkişaf yolunu əks etdirərək iştirakçıların böyük marağına səbəb olur.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb

Ən son

GÜNDƏM

Bakıda avtomobil həvəskarlarını bir araya gətirən “Classics & Supercars” festivalı başlayıb.

GÜNDƏM

Bakıda avtomobil həvəskarlarını bir araya gətirən “Classics & Supercars” festivalı başlayıb.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin