Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 06/02/2026

Paylaşın

GÜNDƏM

F.Köçərli adına Respublika Uşaq Kitabxanasında 1 İyun bayramı coşqu ilə qeyd olunub

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü

1 iyun 2026-cı il tarixində F.Köçərli adına Respublika Uşaq Kitabxanasında 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş rəngarəng və yaddaqalan bayram tədbiri keçirilib.

Baki-baku.az xəbər verir ki, uşaqların sevinc və gülüş dolu anlar yaşadığı tədbir onların yaradıcılıq qabiliyyətlərinin inkişafına, mütaliəyə maraqlarının artırılmasına və asudə vaxtlarının səmərəli təşkilinə xidmət edib.

Tədbirdə “Kaspi” liseyinin şagirdləri və “Fidan-2” uşaq bağçasının məktəbəqədər yaşlı uşaqları iştirak ediblər.

Bayram proqramının xüsusi qonaqları uşaqların sevimli yazarları Gülzar İbrahimova və Elvira Məmmədova olublar.

Müəlliflər xeyirxahlıq, dostluq, mərhəmət və humanist dəyərləri aşılayan, uşaqların təxəyyülünü və xəyal dünyasını zənginləşdirən yeni nağıllarını balaca oxuculara təqdim ediblər. Uşaqlar yazıçıların səsləndirdiyi nağılları böyük maraq və diqqətlə dinləyərək müəlliflərlə səmimi ünsiyyət qurublar.

Bayram tədbiri çərçivəsində kitabxana əməkdaşları tərəfindən maraqlı master-klas da təşkil olunub. Yaradıcılıq məşğələsində iştirak edən uşaqlar müxtəlif material və rəngarəng kağızlardan istifadə edərək əl işləri hazırlayıb, öz bacarıq və fantaziyalarını nümayiş etdiriblər. Təlim xarakterli məşğələlər uşaqların həm yaradıcılıq potensialının üzə çıxarılmasına, həm də praktik bacarıqlarının inkişafına müsbət təsir göstərib.

Tədbirin sonunda balaca qonaqlara kitabxana tərəfindən “Göy qurşağı” uşaq jurnalı və müxtəlif məzmunlu nağıl kitabları hədiyyə olunub. Hədiyyələr uşaqlar tərəfindən böyük sevinc və maraqla qarşılanıb.

Tədbirin keçirilməsində əsas məqsəd uşaqların mənəvi inkişafına dəstək olmaq, onların mütaliəyə marağını artırmaq, kitab və oxu mədəniyyətini təbliğ etmək, eyni zamanda 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününün əhəmiyyətini diqqətə çatdırmaq olub. Səmimi və xoş ovqatda keçən tədbir iştirakçıların yaddaşında unudulmaz təəssüratlar yaradıb, uşaqların kitaba və mütaliəyə olan sevgisinin daha da güclənməsinə töhfə verib.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı Kaleb Orra "Bakı Enerji Həftəsi" çərçivəsində keçirilən sərgilərin və "Baku

Ən son

GÜNDƏM

Azərbaycan Prezidenti İlham Əliyev italiyalı həmkarı Sercio Mattarellanı təbrik edib.

GÜNDƏM

Azərbaycan Prezidenti İlham Əliyev italiyalı həmkarı Sercio Mattarellanı təbrik edib.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin