Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 06/01/2026

Paylaşın

GÜNDƏM

Bakı Zooloji Parkında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbiri keçirilib

17803307871965024371_1200x630

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Bakı Zooloji Parkında “Gələcək uşaqlara məxsusdur” adlı ənənəvi bayram şənliyi keçirilib.
Baki-baku.az xəbər verir ki, Bakı Abadlıq Xidmətinin dəstəyi ilə təşkil olunan şənlikdə 1, 2 və 3 saylı uşaq evlərindən, eləcə də müxtəlif uşaq inkişaf mərkəzləri və bağçalardan ümumilikdə 250-dən çox uşaq iştirak edib.
Tədbir çərçivəsində uşaqlar üçün əyləncəli və maarifləndirici proqram təqdim olunub. Zooloji Parkın müxtəlif guşələrində təşkil edilən müsabiqələr və oyunlar balacaların böyük marağına səbəb olub. Sehrbazların çıxışları və cizgi film qəhrəmanlarının iştirakı isə şənliyə xüsusi rəng qatıb.
Bayram tədbirində uşaqların yaradıcılıq bacarıqlarını nümayiş etdirməsi üçün də şərait yaradılıb. Balacalar rəsm çəkmə, ekoçantaların bəzədilməsi, gips fiqurların rənglənməsi kimi müxtəlif ustad dərslərində fəal iştirak ediblər.
Tədbirin əsas istiqamətlərindən biri də ekoloji maarifləndirmə olub. Bakı Zooloji Parkının lektoriyasında uşaqlara heyvanların həyat tərzini əks etdirən animasiyalar nümayiş etdirilib, onların biologiyası və davranış xüsusiyyətləri barədə maraqlı təqdimatlar keçirilib. Açıq hava ekskursiyası zamanı isə uşaqlar heyvanların xarici quruluşu, yaşayış mühiti və həyat şəraiti haqqında əyani məlumatlar əldə ediblər.
Təbiətə məsuliyyətli münasibətin formalaşdırılması və heyvanlara qarşı mərhəmət hissinin aşılanması məqsədilə uşaqlara bəzi heyvanlarla birbaşa təmasda olmaq, onları bəsləmək və qulluq etmək imkanı yaradılıb.
Tədbir çərçivəsində IDEA Heyvanlara Qayğı Mərkəzinin təşkilatçılığı ilə himayə guşəsi də fəaliyyət göstərib. Burada uşaqlara küçə heyvanlarına qayğı göstərməyin əhəmiyyəti barədə məlumat verilib, onlarda canlılara sevgi və məsuliyyət hissinin gücləndirilməsi təşviq olunub.
Bayram şənliyi uşaqların sevinc dolu anları, əyləncəli fəaliyyətləri və maarifləndirici proqramı ilə yadda qalıb.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

"Fintrend" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ili 1,129 milyon manat xalis mənfəətlə başa vurub.

Ən son

TARİX

Quş yalnız qanadları ilə göyün bağrını yaran bir varlıq deyil, zamanda ruhun azadlığının, İlahi eşqin

TARİX

Quş yalnız qanadları ilə göyün bağrını yaran bir varlıq deyil, zamanda ruhun azadlığının, İlahi eşqin
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin