Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/26/2026

Paylaşın

GÜNDƏM

“Azərpoçt” adından saxta SMS-lər göndərilir

IMG-20260526-WA0094

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) kiberdələduzların “Azərpoçt” MMC-nin adından sui-istifadə etdiyini müəyyən edib.

Baki-baku.az xəbər verir ki, bu barədə ETX məlumat yayıb.

Bildirilir ki, dələduzlar vətəndaşlara SMS mesajlar göndərərək onları fərdi və maliyyə məlumatlarını ələ keçirmək məqsədi daşıyan saxta https://azerpost.389159.com.az veb-səhifəsinə yönləndirirlər.

Bununla əlaqədar ETX vətəndaşlara tanımadıqları mənbələrdən göndərilən SMS mesajlarındakı keçidlərə daxil olmamağı, bank kartı və digər fərdi məlumatlarını şübhəli linklər vasitəsilə paylaşmamağı tövsiyə edir.

Eyni zamanda, göndərilmiş bildirişlərin doğruluğunu rəsmi mənbələrdən – “Azərpoçt”un – “169” Çağrı mərkəzi və ETX-nin qaynar xətti – “1654”, eləcə də hər iki qurumun rəsmi sosial media hesablarına müraciət edərək bildirməyi tövsiyə edir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Qarşıdan gələn Qurban bayramı ilə əlaqədar Bakının Nəsimi rayonunda 2 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək.

Ən son

İQTİSADİYYAT

Baki-baku.az xəbər verir ki, bunu Azərbaycan-Rusiya İşgüzar Şurasının İdarə Heyətinin sədri, "Agalarov Development"in prezidenti, "Sea

İQTİSADİYYAT

Baki-baku.az xəbər verir ki, bunu Azərbaycan-Rusiya İşgüzar Şurasının İdarə Heyətinin sədri, "Agalarov Development"in prezidenti, "Sea
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin