Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/24/2026

Paylaşın

GÜNDƏM

WUF13 çərçivəsində İçərişəhərdə müxtəlif mədəniyyət və əyləncə proqramları təşkil olunub

IMG-20260524-WA0007

Bakı şəhəri BMT-nin Ümumdünya Şəhərsalma Forumunun (WUF13) sessiyasına ev sahibliyi etdiyi günlərdə paytaxtın incisi olan İçərişəhər möhtəşəm mədəniyyət və əyləncə mərkəzinə çevrilib.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən Baki-baku.az-a bildirilib ki, mayın 18-dən 24-dək davam edən genişmiqyaslı proqram çərçivəsində qədim qoruğun müxtəlif məkanlarında interaktiv, inklüziv və yaradıcı layihələr həyata keçirilib.

Tədbirlər həm şəhər sakinlərinin, həm də xarici qonaqların böyük marağına səbəb olub.

İlk günlərdən etibarən Qız Qalası meydanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Azərbaycan Turizm Bürosunun birgə təşkilatçılığı ilə qastro-zona fəaliyyət göstərib, milli mətbəx nümunələri təqdim olunub və şirniyyatların hazırlanması üzrə ustad dərsləri keçirilib. Şəhərsalma mövzusuna uyğun olaraq tortlardan Qız Qalası, Flame Towers və digər memarlıq simvollarının xüsusi dizaynlı maketləri hazırlanıb.

Azyaşlılar üçün xüsusi rəsm və heykəltəraşlıq pavilyonları təşkil olunub. Rəssamların iştirakı ilə həyata keçirilən “Graffiti Jam” layihəsi isə ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.

“Gələcəyin memarları” layihəsi çərçivəsində uşaqlar tərəfindən təqdim olunan “Mehriban şəhər” adlı futuristik layihələrin sərgisi qonaqların diqqət mərkəzində olub. Uşaqlar canlı molbertlər obrazında hazırladıqları kreativ memarlıq kompozisiyaları ilə forum iştirakçılarının böyük rəğbətini qazanıblar.

Eyni zamanda, 20–22 may tarixlərində Şəhərsalma Yarmarkası təşkil edilib. Yarmarka çərçivəsində yerli brendlərin tanıtım və satış sərgisi təşkil olunub. Bundan əlavə, 20–22 may tarixlərində Qoşa Qala meydanında möhtəşəm konsert proqramları təşkil olunub və tədbir iştirakçılarına unudulmaz musiqi axşamları bəxş edilib. Bakı Xanları Parkında ənənəvi əl işlərindən ibarət sərgi-satış yarmarkaları təşkil edilərək yerli kiçik biznes sahibkarlarına dəstək göstərilib.

Mayın 23-də Qız Qalası meydanında, Dördbucaqlı qalada və Qoşa Qala meydanında vizual proyeksiyalar və LED ekranlar vasitəsilə “Photography Night” tədbiri təşkil olunub. Tədbir çərçivəsində şəhər mədəniyyəti və müasir incəsənət nümunələri nümayiş edilib. Layihə zamanı Qoşa Qala meydanında əsas səhnədə DJ performansı təqdim edilib.

Həmçinin Qız Qalası meydanı yaxınlığında “UrbanNight” tədbiri keçirilib.

24 may tarixində saat 15:00-da isə tədbirlərin yekun günü münasibətilə Qız Qalası meydanı yaxınlığında uşaqlar və böyüklər üçün “Circle Game” adlı interaktiv proqram baş tutacaq.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində mayın 22-də Bakı Olimpiya Stadionunda Azərbaycanın və BMT-nin bayraqlarının endirilməsi

Ən son

GÜNDƏM

Leyla Əliyeva və Alona Əliyeva "Tut Əlimdən" Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər.

GÜNDƏM

Leyla Əliyeva və Alona Əliyeva "Tut Əlimdən" Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzini ziyarət ediblər.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin