Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/22/2026

Paylaşın

GÜNDƏM

Gənclər Fondu inkişaf və innovasiya istiqamətləri üzrə qrant müsabiqəsi elan edib

Gənclər Fondu

Gənclər Fondu gənclər təşkilatları və fərdi gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüsləri əhatə edən yeni qrant müsabiqəsi elan edir.

Bu barədə Baki-baku.az-a Gənclər Fondundan məlumat verilib.

Fonddan bildirilib ki, müsabiqə çərçivəsində gənclərin milli-mənəvi dəyərlərə bağlı, vətənpərvər, yaradıcı və sosial məsuliyyətli fərdlər kimi formalaşmasına töhfə verən layihələrə üstünlük veriləcək.

Müsabiqədə Azərbaycan vətəndaşı olan 18-29 yaş arası gənclər, eləcə də gənclər təşkilatları iştirak edə bilərlər:

“Müsabiqəyə təqdim olunan layihələr milli kimlik, vətənpərvərlik və dəyər əsaslı inkişaf, gənclərin inkişafı və insan kapitalının gücləndirilməsi, sosial inklüzivlik və bərabər imkanların təşviqi, rəqəmsal gələcək, innovasiya və süni intellekt, yaradıcı sənaye və mədəni innovasiyalar, regionlarda gənclərin iştirakçılığı və ictimai fəallığı, dayanıqlı inkişaf və ekoloji məsuliyyət adlı yeddi fərqli istiqaməti əhatə edir”.

Layihə təkliflərinin qəbulu mayın 22-dən iyunun 22-dək davam edəcək. Müraciətlər yalnız Fondun rəsmi internet səhifəsində yerləşən E-Xidmətlər Sistemi vasitəsilə elektron qaydada qəbul olunur.

Müraciət zamanı layihənin təsviri, xərclər smetası və ilkin fəaliyyət planı hazırlanaraq sistemə yüklənməlidir. Hər bir iştirakçı yalnız bir layihə təqdim edə bilər.

Qaydalara əsasən, layihələrin icra müddəti minimum 3 ay, maksimum 12 ay müəyyən olunmalıdır. Fiziki şəxslər üçün layihə büdcəsi 5 min manatı, gənclər təşkilatlarının yerli layihələri üzrə 10 min manatı, beynəlxalq layihələri üzrə isə 15 min manatı keçməməlidir.

Eyni zamanda, digər qurumlar tərəfindən tam maliyyələşdirilmiş, hazırda icrada olan və ya artıq başa çatmış layihələrin əlavə və ya təkrar maliyyələşdirilməsi nəzərdə tutulmur.

Layihələrin qiymətləndirilməsi zamanı innovativ yanaşma, davamlılıq, büdcə və müddət çərçivəsində icra imkanları, həmçinin müasir texnoloji həllərə uyğunluq əsas meyarlar kimi nəzərə alınacaq.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakı-baku.az xəbər verir ki, bu sözləri WUF13-ün milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev BMT-nin

Ən son

GÜNDƏM

Paytaxtın Sabunçu rayonunun Əsildar Məmmədəliyev küçəsində yerləşən Sabunçu Tibb Mərkəzinin qarşısında xaotik vəziyyətin və nizamsız

GÜNDƏM

Paytaxtın Sabunçu rayonunun Əsildar Məmmədəliyev küçəsində yerləşən Sabunçu Tibb Mərkəzinin qarşısında xaotik vəziyyətin və nizamsız
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin