Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/22/2026

Paylaşın

GÜNDƏM

Anar Quliyev: WUF13 qlobal dialoq və tərəfdaşlıq platformasına çevrildi

IMG-20260522-WA0105

Azərbaycan xalqına səmimi-qəlbdən təşəkkür edirəm. Onların açıqürəkliliyi və qonaqpərvərliyi WUF13-ün uğuruna böyük töhfə verdi və tədbir boyunca dostluq, birlik və ortaq məqsəd mühitinin yaradılmasına kömək etdi

Baki-baku.az xəbər verir ki, bu sözləri WUF13-ün milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) rəsmi bağlanış mərasimində söyləyib.

“Ötən günlər ərzində “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusunda keçirilən WUF13 şəhərlərimizin və icmalarımızın gələcəyi haqqında dialoq, tərəfdaşlıq və kollektiv düşüncə üçün qlobal bir platformaya çevrildi”, – deyə Anar Quliyev bildirib.

Onun sözlərinə görə, WUF13 gündəliyi mənzil məsələsini qlobal şəhər gündəliyinin mərkəzinə qoydu və bir daha təsdiqlədi ki, adekvat, əlçatan, təhlükəsiz və dayanıqlı mənzilə çıxış dövrümüzün ən mühüm çağırışlarından biri olaraq qalır. Sessiya çərçivəsində aparılan müzakirələrdə vurğulandı ki, mənzil təkcə əsas insan ehtiyacı deyil, həm də ləyaqət, dayanıqlıq, sosial inklüzivlik, iqtisadi imkanlar və davamlı şəhər inkişafının təməlidir.

Milli koordinator əmin olduğunu bildirib ki, WUF13 təkcə miqyası ilə deyil, həm də innovativ formatları, inklüziv iştirakı və məzmunlu nəticələri ilə xatırlanacaq.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

BDU-dan Baki-baku.az-a bildirilib ki, üç mərhələdən ibarət olan layihənin əsas məqsədi Azərbaycan jurnalistika tarixində mühüm iz qoyan professor

Ən son

GÜNDƏM

Həsən Əliyev küçəsində mövcud küçə parklanma yerinin bir hissəsi ləğv olunaraq yaxınlıqda yerləşən sosial xidmət

GÜNDƏM

Həsən Əliyev küçəsində mövcud küçə parklanma yerinin bir hissəsi ləğv olunaraq yaxınlıqda yerləşən sosial xidmət
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin