Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/22/2026

Paylaşın

GÜNDƏM

WUF Akademiyası: Yekun və perspektivlər – bağlanış mərasimi

WUF Akademiyası, WUF13, ADA Universiteti

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində WUF Akademiyasının bağlanış mərasimi keçirilib.

Baki-baku.az xəbər verir ki, ADA Universiteti ilə əməkdaşlıq çərçivəsində keçirilmiş yekun müzakirə “Campus” proqramı zamanı formalaşan əsas nəticələri ümumiləşdirəcək və bununla da mənzil təminatı və şəhərsalma sahəsində tədqiqat, tərəfdaşlıq və potensialın inkişafı üzrə gələcək fəaliyyət istiqamətlərini müəyyən edib.

“WUF Academy”nin ADA Universiteti ilə əməkdaşlıq çərçivəsində keçirilən yekun sessiyasında çıxış edən ADA Universitetinin İctimai və Beynəlxalq Münasibətlər Məktəbinin dosenti Anar Vəliyev bildirib ki, proqramın əsas məqsədi şəhərsalma və mənzil siyasəti üzrə tədqiqat, əməkdaşlıq və kadr hazırlığı sahələrində ortaq fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsidir.

Anar Vəliyev qeyd edib ki, “WUF Academy” çərçivəsində keçirilən müzakirələr boyunca müxtəlif ölkələrdən iştirakçılar urban inkişaf, innovativ yanaşmalar və şəhərlərin dayanıqlı inkişafı ilə bağlı ideyalarını bölüşüblər. Onun sözlərinə görə, ADA Universiteti bu prosesdə müşahidəçi qismində iştirak edərək əsas təklif və nəticələrin toplanmasına və təhlilinə töhfə verib.

Anar Vəliyev vurğulayıb ki, akademiya çərçivəsində aparılan müzakirələr təkcə nəzəri yanaşmalarla məhdudlaşmayıb, həm də praktiki fəaliyyət planının hazırlanmasına xidmət edib. O əlavə edib ki, tələbələr və tədqiqatçılar tərəfindən təqdim olunan nəticələr gələcəkdə birgə tədqiqat gündəliyinin formalaşmasına zəmin yarada bilər.

Onun sözlərinə görə, bu formatın əsas üstünlüyü müxtəlif regionlardan və sahələrdən olan ekspertlərin bir araya gələrək şəhərsalma sahəsində aktual çağırışları və innovativ həlləri birgə müzakirə etməsidir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Siyasətdən praktikaya

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bunu BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) icraçı katibinin müavini Dmitri Mariyasin

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bunu BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) icraçı katibinin müavini Dmitri Mariyasin
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin