Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/22/2026

Paylaşın

GÜNDƏM

Ramil Cahangirov: Azad edilmiş ərazilərdə şəhərsalma prosesində təhlükəsizlik bir nömrəli məsələdir

Ramil Cahangirov, WUF13

İşğaldan azad olunmuş ərazilərdə şəhərsalma norma və standartlara uyğun aparılır. Lakin bu prosesdə təhlükəsizlik bir nömrəli məsələdir.

Baki-baku.az xəbər verir ki, bu sözləri Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Azərbaycan Pavilyonunda keçirilən “Münaqişədənsonrakı şəhərlərdə yenidənqurma: Humanitar minatəmizləmə fəaliyyətinin kritik rolu” mövzusundakı tədbirdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Azad edilmiş ərazilərdə layihə idarəetməsi üzrə şöbə müdiri Ramil Cahangirov deyib.

O, atılan bütün addımların asayişin və ərazilərin təhlükəsizliyinin təmin olunmasına yönəldiyini, həmçinin bərpa-quruculuq işlərinə təhlükəsizlik tam təmin edildikdən sonra başlanıldığını qeyd edib. “Bu, asan iş deyil. WUF13 çərçivəsində keçirilən müxtəlif panel və sessiyalarda şəhərsalma və minatəmizləmə fəaliyyəti arasında koordinasiyanın olduqca vacib olduğu müzakirə edilib. Əlbəttə ki, bütün proses zamanı ərazinin vəziyyəti ilə bağlı öncədən məsləhətləşmələr aparırıq”, – deyə Ramil Cahangirov bildirib.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Qədim yunan mifologiyasında Hera tanrıların kraliçası idi. Amma o həm də ailənin, nikahın və qadınların himayədarı hesab olunurdu.

Ən son

GÜNDƏM

Mayın 22-də Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Resurs səmərəliliyi və davamlılığın kəsişməsində

GÜNDƏM

Mayın 22-də Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Resurs səmərəliliyi və davamlılığın kəsişməsində
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin