Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/22/2026

Paylaşın

GÜNDƏM

WUF13 panel sessiya – Dayanıqlı inkişaf məqsədlərindən mənzillərə

WUF13

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində mayın 22-də Bakıda Beynəlxalq Memarlar İttifaqının (UIA) təşkilatçılığı ilə “Dayanıqlı inkişaf məqsədlərindən mənzillərə” adlı panel sessiya keçirilib.

Baki-baku.az xəbər verir ki, Portuqaldilli Ölkələrin Beynəlxalq Memarlar Şurasının (CIALP) prezidenti, memarlıq üzrə fəlsəfə doktoru Rui Leaonun moderatorluğu ilə keçirilən paneldə qlobal urbanizasiya meyilləri, şəhərsalmanın planlaşdırılması və hər kəs üçün əlçatan mənzil təminatı məsələləri müzakirə edilib.

Sessiyada çıxış edən BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Şəhər Yenilənməsi və İctimai Məkan üzrə rəhbəri Xose Çonq, İspaniyanın Kataloniya Hökumətinin Ərazi, mənzil və ekoloji keçid departamentinin şəhərsalma və memarlıq üzrə baş direktoru Elisabet Cirici Amiell və Anqola Memarlar Ordeninin prezidenti Vity Nsalambi Dayanıqlı İnkişaf Məqsədlərinin (SDG) yerli və qlobal səviyyədə icrası vəziyyətinə toxunublar.

Natiqlər rəhbərlik etdikləri qurumların SD-yə yanaşma strategiyalarından bəhs edərək, bu hədəflərin urbanizasiya prosesinin, müasir şəhər mədəniyyətinin və memarlıq anlayışının ayrılmaz bir hissəsinə necə çevrilməsi barədə təcrübələrini bölüşüblər. Vurğulanıb ki, hazırda mənzil təminatına əlçatanlıq fundamental insan hüququdur və bu sahədəki çatışmazlıqların aradan qaldırılması müasir dünyanın ən ciddi çağırışlarından biridir.

Çıxışlarda SDG-lərlə bağlı qarşılaşılan əsas çətinliyin bu hədəflərin mahiyyətinin düzgün dərk edilməsi, həmçinin müxtəlif maraqlı tərəflər tərəfindən praktikada, şəhərsalma alətlərində və digər sahələrdə effektiv şəkildə tətbiq olunması ilə bağlı olduğu qeyd edilib. Bildirilib ki, memarların həm dövlət siyasəti, həm də özəl praktika çərçivəsində görə biləcəyi işlər dayanıqlı inkişaf hədəflərinin reallaşdırılmasında müstəsna əhəmiyyətə malikdir.

Sessiya zamanı, həmçinin UIA tərəfindən hazırlanan və gələn ay Barselonada keçirilməsi planlaşdırılan Ümumdünya Memarlar Konqresindən də bəhs edilib. Qeyd olunub ki, növbəti konqres qlobal mənzil böhranı və dayanıqlı şəhər mühitinin formalaşdırılması istiqamətində memarların fəaliyyət proqramının geniş müzakirəsi üçün mühüm platforma rolunu oynayacaq.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Qədim yunan mifologiyasında Hera tanrıların kraliçası idi. Amma o həm də ailənin, nikahın və qadınların himayədarı hesab olunurdu.

Ən son

GÜNDƏM

Mayın 22-də Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Resurs səmərəliliyi və davamlılığın kəsişməsində

GÜNDƏM

Mayın 22-də Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Resurs səmərəliliyi və davamlılığın kəsişməsində
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin