Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/22/2026

Paylaşın

GÜNDƏM

Bahar Muradova: Mənzil təhlükəsizliyi gender bərabərliyi məsələsindən ayrı düşünülə bilməz

Bahar Muradova, WUF13

Bu gün qarşıda duran əsas çağırışlardan biri mənzil siyasətinə daha inteqrasiya olunmuş yanaşmanın tətbiq edilməsidir. Çünki mənzil təhlükəsizliyinin təmin edilməsi iqlim dayanıqlılığı, sosial müdafiə, iqtisadi iştirak və gender bərabərliyi kimi məsələlərlə sıx bağlıdır və onlardan ayrı şəkildə nəzərdən keçirilə bilməz.

Baki-baku.az xəbər verir ki, bu fikirləri Bahar Muradova World Urban Forum 13 çərçivəsində keçirilən “Gender bərabərliyi və qadınların gücləndirilməsi üçün adekvat mənzil” mövzusunda dəyirmi masada səsləndirib.

O bildirib ki, bu istiqamətdə çoxtərəfli tərəfdaşlıqlar xüsusi önəm daşıyır. Dövlət qurumları, beynəlxalq təşkilatlar, yerli idarəetmə orqanları, özəl sektor və vətəndaş cəmiyyəti arasında əməkdaşlıq gender həssas və dayanıqlı mənzil sistemlərinin formalaşdırılması baxımından mühüm platforma rolunu oynayır.

Bahar Muradovanın sözlərinə görə, qadın hüquqları sahəsində fəaliyyət göstərən təşkilatların, vətəndaş cəmiyyətinin və yerli icmaların proseslərə cəlb olunması risklərin azaldılması və uyğunlaşma strategiyalarının hazırlanması üçün mühüm əhəmiyyət daşıyır. Xüsusilə iqlim dəyişiklikləri, münaqişə və məcburi köçkünlük şəraitində qadınların ehtiyac və təcrübələrinin qərarvermə mexanizmlərində nəzərə alınması daha dayanıqlı və effektiv nəticələrin əldə olunmasına şərait yaradır.

Dövlət Komitəsinin sədri qeyd edib ki, müzakirələr zamanı qadınların torpaq və mənzil hüquqlarını qoruyan hüquqi mexanizmlərin daha da təkmilləşdirilməsi, gender həssas urban siyasətlərin təşviqi və uğurlu təcrübələrin tətbiqi diqqət mərkəzində saxlanılmalıdır.

“Qadınların şəhərsalma və iqlim siyasətində iştirak imkanlarının genişləndirilməsi, həmçinin gender əsaslı məlumat bazalarının və sübuta əsaslanan siyasət mexanizmlərinin gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Hesab edirəm ki, qadınların ehtiyac və təcrübələrini nəzərə alan mənzil sistemləri daha dayanıqlı şəhərlərin, daha güclü icmaların və daha inklüziv cəmiyyətlərin formalaşmasına mühüm töhfə verə bilər”, – deyə Bahar Muradova vurğulayıb.

O əlavə edib ki, Azərbaycan bu istiqamətdə beynəlxalq əməkdaşlığın, təcrübə mübadiləsinin və çoxtərəfli siyasət dialoqunun inkişafına bundan sonra da dəstək göstərməyə hazırdır.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Qədim yunan mifologiyasında Hera tanrıların kraliçası idi. Amma o həm də ailənin, nikahın və qadınların himayədarı hesab olunurdu.

Ən son

GÜNDƏM

Mayın 22-də Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Resurs səmərəliliyi və davamlılığın kəsişməsində

GÜNDƏM

Mayın 22-də Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Resurs səmərəliliyi və davamlılığın kəsişməsində
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin