Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/19/2026

Paylaşın

GÜNDƏM

Oleq Burovs: WUF13 yüksək səviyyədə təşkil olunub

Oleq Burovs, WUF13

Mayın 19-da Milli Məclisin Latviya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan Latviya Parlamentinin Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Oleq Burovs ilə görüşüblər.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Baki-baku.az-a bildirilib ki, Milli Məclisin Latviya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamran Bayramov WUF13-ün əhəmiyyətindən danışaraq, bu cür tədbirlərin qlobal çağırışların müzakirəsi, dayanıqlı inkişaf və beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından mühüm olduğunu deyib. Qeyd olunub ki, Azərbaycan ilə Latviya arasında mövcud dostluq münasibətlərinin inkişafında parlament diplomatiyası xüsusi rol oynayır. O, qarşılıqlı səfərlərin parlamentlərarası münasibətlərin dərinləşməsinə, təcrübə mübadiləsinə və siyasi dialoqun genişlənməsinə mühüm töhfə verdiyini qeyd edib.

Oleq Burovs Azərbaycanın təşkilatçılığı ilə keçirilən WUF13-ün yüksək səviyyədə təşkil olunduğunu vurğulayaraq, tədbirin beynəlxalq əməkdaşlığın təşviqi və aktual urbanizasiya məsələlərinin müzakirəsi baxımından əhəmiyyətini qeyd edib. O, Azərbaycan ilə Latviya arasında münasibətlərin inkişafında dövlət başçılarının qarşılıqlı səfərlərinin mühüm rol oynadığını bildirib, ötən ay Latviya Prezidentinin Azərbaycana səfərini, yüksəksəviyyəli görüşləri məmnunluqla xatırladıb.

Görüşdə Latviya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Azər Allahverənov və Sevil Mikayılova çıxış ediblər. Çıxışlarda Azərbaycan–Latviya münasibətlərinin diplomatik, siyasi, iqtisadi və humanitar aspektlərdə perspektivlərindən, parlamentlərarası əməkdaşlığın əhəmiyyətindən, eləcə də qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə verdiyi töhfədən bəhs olunub.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov World Urban Forum 13 çərçivəsində keçirilən

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu sözləri energetika naziri Pərviz Şahbazov Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu sözləri energetika naziri Pərviz Şahbazov Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin