Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/14/2026

Paylaşın

GÜNDƏM

Tbilisi prospektinin iki küçəsinin kəsişməsində icra olunan layihənin əsas hissəsi yekunlaşıb

IMG-20260514-WA0086

Bakının Tbilisi prospektinin Həsən Əliyev və Şəfayət Mehdiyev küçələri ilə kəsişməsində icra olunan layihənin əsas hissəsi yekunlaşıb.

Bu barədə Baki-baku.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Bildirilir ki, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində icra edilən layihənin məqsədi yol hərəkətinin təhlükəsizliyini artırmaq, nəqliyyat axınının fasiləsizliyini təmin etmək və şəhər mobilliyini daha səmərəli təşkil etməkdir.

Layihə çərçivəsində aşağıdakı dəyişikliklər həyata keçirilib. Belə ki, sola dönən nəqliyyat vasitələri üçün hər iki istiqamətdə axından ayrılmış xüsusi zolaqlar yaradılıb. Bu yanaşma sayəsində dönmə əməliyyatı edən sürücülər ümumi axından ayrılır, düzünə hərəkət edən nəqliyyat vasitələri isə maneəsiz və sürətli şəkildə yollarına davam edə bilir.

Bundan başqa, Tbilisi prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində hərəkət intensivliyinin yüksək olması və axınların qeyri-bərabərliyi nəzərə alınaraq, nizamlanmayan hərəkət ləğv edilib. Nəqliyyat vasitələrinin və piyadaların növbəli və təhlükəsiz hərəkətini təmin etmək üçün bu kəsişmədə yeni işıqforlar quraşdırılıb.

Həmçinin, piyadaların təhlükəsizliyi üçün nizamlanan piyada keçidləri təşkil olunub, əlilliyi olan şəxslərin rahat hərəkəti üçün panduslar inşa edilib.ayihəyə əsasən, Tbilisi prospektində Ə.Salamzadə küçəsi ilə kəsişmə istiqamətində avtobus zolağı təşkil olunub.

Bu layihənin icrası nəticəsində qeyd edilən yol sahəsində buraxıcılıq qabiliyyəti artırılıb, ictimai nəqliyyatın fasiləsiz hərəkəti təmin edilib, piyadaların təhlükəsizliyi yaxşılaşdırılıb və əlçatanlıq yüksəlib.

Qeyd edək ki, layihənin yekunlaşdırılması istiqamətində işlər (yol nişanlarının quraşdırılması, səkilərin və pandusların təşkili) davam etdirilir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu barədə Baki-baku.az-a WUF13 Azərbaycan Əməliyyat Şirkətindən məlumat verilib.

Ən son

GÜNDƏM

Sabahdan Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə bağlı bir sıra küçə və prospektində

GÜNDƏM

Sabahdan Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə bağlı bir sıra küçə və prospektində
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin