Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/12/2026

Paylaşın

Mədəniyyət

Sumqayıt Dövlət Dram Teatrında yeni uşaq tamaşası hazırlanır

WhatsApp Image 2026-05-12 at 14.14.05

Sumqayıt Dövlət Dram Teatrında rus dramaturqu Lev Ustinovun “Xilaskar qurbağa” əsəri əsasında eyniadlı uşaq tamaşasının məşqlərinə başlanılıb.

Baki-baku.az xəbər verir ki, səhnə əsəri dostluq, cəsarət və mərhəmət kimi dəyərləri ön plana çıxaran alleqorik nağıl üzərində qurulub. Meşədə baş verən hadisələrin mərkəzində ağıllı Qurbağa ilə qorxaq Dovşanın dostluğu dayanır. Qurbağa Dovşanı təhlükələrdən xilas edərək onun həyatını qoruyur.

Meşə hökmdarı Şir tərəfindən heyvanlardan qurban tələb olunması hadisələri daha da gərginləşdirir. Hiyləgər Tülkünün oyunları nəticəsində Dovşan təhlükə ilə üzləşir. Lakin Qurbağa öz ağlı və cəsarəti ilə plan quraraq dostunu xilas edir və ədalətin bərpa olunmasına nail olur.

Tamaşanın əsas ideyası ondan ibarətdir ki, birlik, dostluq və ağıl fiziki gücdən daha üstündür.

Yeni səhnə əsərinin quruluşçu rejissoru Fuad Kazımov, rejissoru Ləman Məmmədli, quruluşçu rəssamı Osman Kazımov, musiqi tərtibatçısı Telman Qəniyev, rəqslərin quruluşu Kamil Ağazadə, rejissor köməkçisi isə Fazilə Rzayevadır.

Tamaşada Əməkdar artist Elmira Kərimova və aktyorlar Emil Həmidov, Məryəm Hüseynli, Sevda Cəlilova, Aynur Hümmətova, İlham Səfərli,Əjdər Zeynalov, Mətanət Əmirullayeva, Habil Xanlarov, Şəms Abdullayeva və Günəş Bağırova çıxış edirlər.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycanda mayın 12-də havanın 30 dərəcə isti olacağı gözlənilir.

Ən son

Mədəniyyət

Sumqayıt Dövlət Dram Teatrında rus dramaturqu Lev Ustinovun “Xilaskar qurbağa” əsəri əsasında eyniadlı uşaq tamaşasının

Mədəniyyət

Sumqayıt Dövlət Dram Teatrında rus dramaturqu Lev Ustinovun “Xilaskar qurbağa” əsəri əsasında eyniadlı uşaq tamaşasının
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin