Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/11/2026

Paylaşın

GÜNDƏM

Stokholmda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

Stokholm, Heydər Əliyev

Stokholmda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş klassik musiqi konserti keçirilib.

Baki-baku.az AZƏRTAC-a istinadən xəbər verir ki, Stokholm Tarix Muzeyinin “Barokko” zalında keçirilən tədbirdə Azərbaycanın İsveçdəki səfirliyinin əməkdaşları, Şimali Kipr Türk Cümhuriyyətinin Stokholmdakı nümayəndəliyinin rəhbəri Hakan Aksoy, İsveçin müxtəlif şəhərlərindən Azərbaycan diasporunun nümayəndələri, Danimarkadan gələn qonaqlar və İsveçin klassik musiqi həvəskarları iştirak ediblər.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Qobustan” Azərbaycan ziyalıları cəmiyyəti tərəfindən təşkil olunan tədbir İsveçdə yaşayan azərbaycanlı pianoçu Aynur Məlikovanın təşəbbüsü ilə baş tutub.

Konsertdən əvvəl çıxış edən “Qobustan” cəmiyyətinin sədri Səadət Kərimi bildirib ki, Heydər Əliyev Azərbaycanın müstəqilliyinin və beynəlxalq nüfuzunun möhkəmlənməsində mühüm rol oynamış lider kimi tarixə düşüb. O, Heydər Əliyevin incəsənətin inkişafına və Azərbaycanın mədəni irsinin qorunmasına verdiyi töhfələrini xüsusi qeyd edib. Bildirilib ki, Heydər Əliyev mədəniyyəti milli kimliyin mühüm hissəsi hesab edirdi.

Konsert proqramında Aynur Məlikovanın, isveçli fleyta ifaçısı Katrin Sponberqin və azərbaycanlı tarzən, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi, respublika və beynəlxalq müsabiqələr laureatı Səxavət Məmmədovun ifasında Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səsləndirilib. Proqram çərçivəsində Qara Qarayevin “İldırımlı yollarla” baletindən parça, Fikrət Əmirovun “6 miniatür” əsəri, Niyazinin “Arzu” romansı, Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletindən “Türk qızlarının rəqsi”, həmçinin Vittorio Montinin “Çardaş”, Astor Pyatsollanın “Libertanqo” və digər əsərləri ifa olunub.

Konsert proqramı tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az bu yazısında Ulu Öndərin Azərbaycan elmindəki misilsiz xidmətlərinə toxunur.

Ən son

Mədəniyyət

Yeləni Kəlağayıları yeni kolleksiyası ilə milli irsimizi müasir dəblə bir araya gətirərək Avropa və Rusiya

Mədəniyyət

Yeləni Kəlağayıları yeni kolleksiyası ilə milli irsimizi müasir dəblə bir araya gətirərək Avropa və Rusiya
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin