Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/08/2026

Paylaşın

GÜNDƏM

Bakı metrosu: Avtobus və taksi xidmətləri ilə inteqrasiya gücləndiriləcək

Bakı metrosu, Metro

“Bakı Metropoliteni” QSC-nin “BakuBus” və “Bakı Taksi Xidməti” MMC-lərin ona qoşulması formasında yenidən təşkil edilməsi ictimai nəqliyyat sahəsində idarəetmənin daha təkmil şəkildə təşkil edilməsinə, xidmətlərin qarşılıqlı inteqrasiyasının gücləndirilməsinə və şəhər mobilliyinin daha səmərəli təmin olunmasına yönəlib.

Baki-baku.az xəbər verir ki, bu barədə səhmdar cəmiyyətinin yaydığı açıqlamada bildirilib.

“Yenidən təşkil çərçivəsində ictimai nəqliyyat sistemində vahid və əlaqələndirilmiş idarəetmə modelinin tətbiqi, xidmət keyfiyyətinin artırılması, rəqəmsal həllərin genişləndirilməsi və sərnişin rahatlığının daha da yüksəldilməsi istiqamətində mərhələli tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Eyni zamanda metro, avtobus, tramvay və taksi xidmətləri arasında inteqrasiyanın daha da gücləndirilməsi, ictimai nəqliyyat infrastrukturunun müasir tələblərə uyğun inkişaf etdirilməsi, sərnişindaşıma xidmətlərində təhlükəsizlik və operativliyin artırılması, eləcə də şəhərdaxili hərəkətin daha rahat və səmərəli təşkili istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Yenidən təşkil prosesi çərçivəsində sərnişinlərə göstərilən xidmətlərin fasiləsizliyi təmin ediləcək, mövcud marşrut və xidmətlər üzrə fəaliyyət davam etdiriləcək”, – deyə açıqlamada qeyd olunub.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

9, 10 və 11 may qeyri-iş günlərində Abşeron dairəvi dəmir yolu üzrə qatarlar həftənin şənbə və bazar günlərinin

Ən son

Uncategorized

Bəhruz Niftəliyevin Tanrı mövzusuna yanaşması klassik dini poeziyadan fərqlənir. Burada kor-koranə itaət yoxdur.

Uncategorized

Bəhruz Niftəliyevin Tanrı mövzusuna yanaşması klassik dini poeziyadan fərqlənir. Burada kor-koranə itaət yoxdur.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin