Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/07/2026

Paylaşın

GÜNDƏM

25 min abonentin su təchizatı fasiləsiz rejimə keçirilib

Su təchizatı, ADSEA

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti fasiləsiz su təchizatına keçid məqsədilə mövcud su təchizatı sistemində bir sıra təkmilləşdirmələr və yeniliklər həyata keçirir.

Bu barədə Baki-baku.az-a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.

Bildirilib ki, su anbarlarının modernləşdirilməsi, tikintisi, bərpası, texniki qurğuların tənzimləmə işlərinin düzgün təşkili və primitiv şəbəkələrin ləğvi, mövcud nasos stansiyalarının təkmilləşdirilməsi və yeni güclü nasoslar qurulması suyun təzyiqinə və paylanmasına müsbət təsir edib. Su təchizatı şəbəkəsinin avtomatik idarə edilməsi üçün yeni sistemlər də tənzimlənmənin effektivliyini artırıb.

“Hazırda 24 saat fasiləsiz su ilə təmin edilən böyük ərazilərdən bir neçəsini Abşeron, Binəqədi, Xəzər, Nərimanov rayonlarını misal göstərə bilərik. Artıq su verilişi əvvəlki qrafikə uyğun məhdudlaşdırılmır, əksinə 24 saat boyunca davamlıdır. Bu, əhalinin gündəlik su ehtiyaclarını qarşılayır və su kəsilmələrinin qarşısını alır. İyirmi beş min abonentin fasiləsiz su ilə təmin olunacağı Xəzər rayonunun sakinləri arasında bu mövzu ilə bağlı kiçik sorğu da keçirilib. Sakinlər fasiləsiz su təchizatı ilə təmin olunduqlarını təsdiqləyərək ötən illərlə müqayisədə indiki nəticəni müsbət qiymətləndiriblər, abonent məmnunluğunun artırılmasına xidmət edən işlərin səmərəli təşkilinə görə icraçılara minnətdarlıqlarını bildiriblər”, – deyə məlumatda deyilir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu qəbildən paytaxtımızın mərkəzində əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilmiş Mərkəzi Nəbatat bağı şəhər sakinləri və qonaqların

Ən son

GÜNDƏM

Dənizkənarı Milli Park ərazisində fəaliyyət göstərən "Hayal Kahvesi"ndə yoxlama zamanı texniki normativ hüquqi aktların tələblərinin

GÜNDƏM

Dənizkənarı Milli Park ərazisində fəaliyyət göstərən "Hayal Kahvesi"ndə yoxlama zamanı texniki normativ hüquqi aktların tələblərinin
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin