Bakıda “Şəhərsalmanın ekoloji, bioloji və tibbi aspektləri: dayanıqlı və sağlam urban mühit” mövzusunda beynəlxalq elmi simpozium keçiriləcək.
Bu barədə Baki-baku.az-a Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) məlumat verilib.
Qeyd edilib ki, Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya İnstitutu PHŞ və AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin birgə təşkilatçılığı ilə keçiriləcək simpozium sentyabrın 24-nə planlaşdırılıb.
Tədbirin məqsədi şəhər mühitinin ekoloji, bioloji və tibbi komponentlərinin qarşılıqlı təsirini müasir elmi yanaşmalar əsasında təhlil etmək, beynəlxalq elmi təcrübənin və innovativ tədqiqat nəticələrinin müzakirəsi üçün platforma yaratmaqla dayanıqlı və sağlam “yaşıl şəhər” mühitinin formalaşdırılması istiqamətində elmi cəhətdən əsaslandırılmış yanaşmaların və tövsiyələrin hazırlanmasına töhfə verməkdir.