Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/05/2026

Paylaşın

İdman

Paytaxtın abad məhəllələrində basketbol yarışları başa çatıb, qaliblər müəyyənləşib

Basketbol, Bakı Şəhər İcra Hakimiyyəti, Regional İnkişaf İctimai Birliyi, Bakı Şəhər Gənclər və İdman İdarəsi

Bakı Şəhər İcra Hakimiyyəti, Regional İnkişaf İctimai Birliyi və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan Bakı şəhər rayonlarını əhatə edən məhəllələrarası 3×3 basketbol turnirinə yekun vurulub.

Baki-baku.az xəbər verir ki, 2011-2012-ci il təvəllüdlü yeniyetmələr arasında keçirilən, rayon və şəhər olmaqla 2 mərhələdən ibarət olan turnirin keçirilməsində əsas məqsədi yeniyetmə və gənclərdə idmana marağın artırılması, onlara sağlam həyat tərzinin təbliği, eyni zamanda gündəlik fəaliyyətlərinin daha səmərəli təşkilinə dəstək olmaqdır.

Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə paytaxtın qəsəbə və yaşayış məntəqələrində həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində yaradılan abad məhəllələrdəki stadionlarda təşkil edilən yarışlar olimpiya sistemi üzrə keçirilib və yarışda ümumilikdə 600-ə yaxın gənc idmançının yer aldığı 120 komanda iştirak edib.

Final oyununun əvvəlində populyar müğənnilər Çinarə Məlikzadə və İlhamə Qasımova idmançılar və tədbir iştirakçıları qarşısında çıxış edərək öz ifaları ilə gənc basketbolçuları qələbəyə səsləyiblər.

Respublika səviyyəli hakimlərin iştirakı ilə təşkil edilən turnirə mayın 5-də final oyunları ilə yekun vurulub. Final oyununda Nizami rayonunun basketbolçuları Binəqədi rayonunun komandası ilə görüşüblər. 16 – 13 hesabı ilə qalib gələn Nizami rayonunun komandası turnirin qalibi olub.

3-cü yeri Yasamal rayonunun komandası tutub.

Turnirin qalibləri kubok, diplom, medallar və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az-ın məlumatına görə, turnirin final seriyasının üçüncü oyununda "Sabah" "Abşeron Lions"la üz-üzə gələcək.

Ən son

İdman

Final oyununun əvvəlində populyar müğənnilər Çinarə Məlikzadə və İlhamə Qasımova idmançılar və tədbir iştirakçıları qarşısında

İdman

Final oyununun əvvəlində populyar müğənnilər Çinarə Məlikzadə və İlhamə Qasımova idmançılar və tədbir iştirakçıları qarşısında
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin