Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/03/2026

Paylaşın

GÜNDƏM

Bakı və İzmirin qardaşlaşmasının 40 illiyi münasibəti ilə Türkiyədə “Azərbaycan Günləri” keçirilir

"Azərbaycan Günləri"

Bakı ilə İzmirin qardaş şəhərlər elan edilməsinin 40-cı ildönümü ilə bağlı Türkiyədə “Azərbaycan Günləri” keçirilir.

Baki-baku.az AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı keçirilən yubiley tədbirləri çərçivəsində İzmirdə dünyaşöhrətli sənətkar, Xalq artisti Alim Qasımov və Əməkdar artist Fərqanə Qasımovanın “Qardaşlıq nəğmələri” başlığı altında konsert proqramı təşkil edilib.

Konsert ölkəmizin İstanbuldakı Baş konsulluğu və İzmir Böyükşəhər Bələdiyyəsinin birgə təşkilatçılığı ilə baş tutub.

İzmir Mədəniyyət Parkı Açıq Hava Teatrında keçirilən tədbirdə əvvəl Türkiyə və Azərbaycanın Dövlət himnləri səsləndirilib, hər iki ölkənin şəhidlərinin xatirəsi yad edilib.

Tədbirin rəsmi hissəsində çıxış edən Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva və İzmir Böyükşəhər Bələdiyyəsinin sədri Cemil Tuqay iki ölkə arasındakı tarixi bağlara toxunub.

Bildirilib ki, İzmir ilə Bakı arasında imzalanan qardaşlıq anlaşması sadəcə bir sənəd deyil, ortaq tarix və mədəniyyətimizin ən bariz təzahürüdür və bu həmrəylik ruhu bu gün ölkələrimiz arasında ən yüksən səviyyədə nümayiş olunur.

Sonra sənətkarlarımız Alim və Fərqanə Qasımovların ifaları dinlənilib. Geniş iştirakçı sayı ilə baş tutan tədbirdə Azərbaycan və Türkiyə bayraqları dalğalanıb, ifalar tamaşaçıların gur alqışları ilə qarşılanıb.

Baş konsul Nərminə Mustafayeva və bələdiyyə sədri Cemil Tuqay konsertdən əvvəl bu şəhərdə açılan İzmir və Bakının tarixi fotoşəkillərindən ibarət sərgiyə baxış keçiriblər.

Qeyd edək ki, Bakı ilə İzmirin qardaşlaşması ilə bağlı qərar 1986-cı il aprelin 29-da imzalanıb və 1986–1987-ci illərdə hər iki şəhərdə bu münasibətlə müxtəlif mədəni tədbirlər keçirilib.

İstanbuldakı Baş konsulluğumuzun təşəbbüsü ilə həyata keçirilən yubiley tədbirlərinin il ərzində müxtəlif proqram və layihələrlə davam etdirilməsi nəzərdə tutulur.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

"Bakı Metropoliteni" QSC sərnişindaşıma xidmətlərinin rəqəmsallaşdırılması və gənclərin innovativ potensialının reallaşdırılmasına töhfə vermək məqsədilə həyata keçirdiyi "Metro Hackathon"

Ən son

GÜNDƏM

Bakı ilə İzmirin qardaş şəhərlər elan edilməsinin 40-cı ildönümü ilə bağlı Türkiyədə “Azərbaycan Günləri” keçirilir.

GÜNDƏM

Bakı ilə İzmirin qardaş şəhərlər elan edilməsinin 40-cı ildönümü ilə bağlı Türkiyədə “Azərbaycan Günləri” keçirilir.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin