Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 05/01/2026

Paylaşın

GÜNDƏM

Bakı Metropoliteni hakaton layihəsinə start verir

WhatsApp Image 2026-05-01 at 17.54.38

“Bakı Metropoliteni” QSC sərnişindaşıma xidmətlərinin rəqəmsallaşdırılması və gənclərin innovativ potensialının reallaşdırılmasına töhfə vermək məqsədilə həyata keçirdiyi “Metro Hackathon” layihəsinə mayın 1-də start verir.
Bu barədə Baki-baku.az-a səhmdar cəmiyyətindən bildirilib.
Məlumata əsasən, bir aydan çox davam edən qeydiyyat mərhələsində proqrama xüsusən gənclər, sahə üzrə mütəxəssislər tərəfindən ciddi maraq qeydə alınıb. Layihədə iştirak üçün ümumilikdə 1 201 nəfər müraciət edib.
Bakalavr və magistr tələbəsi olan 875 nəfər və sahə üzrə 326 peşəkar mütəxəssis arasında aparılan seçim prosesinin yekunlarına əsasən, 72 namizədin layihədə iştirakı təsdiqlənib. 3 gün davam edəcək hakatonda hərəsi 4 təsadüfi iştirakçıdan formalaşdırılacaq 18 komanda mübarizə aparacaq.
İştirakçılara metronun real məlumat bazasından istifadə edərək süni intellekt mühəndisliyindən data analitikasına qədər müxtəlif istiqamətlərdə güclərini sınamaq imkanı yaradılacaq.
Müsabiqənin ilk iki günündə komandalar verilən istiqamətlər üzrə ideyaları əsasında prezentasiyalar hazırlayaraq münsiflər heyətinə təqdim edəcəklər. Mayın 3-də Bakı Metropoliteninin Texnoloji korpusunun akt zalında peşəkar mütəxəssislərdən ibarət münsiflər heyəti tərəfindən yekun qiymətləndirilmə aparılaraq qaliblər müəyyən olunacaq.
Mükafat fondu birinci yer üçün 5 000 manat, ikinci yer üçün 3 000 manat, üçüncü yer üçün isə 1 000 manat məbləğində nəzərdə tutulub.
Maddi mükafatla yanaşı, perspektivli gənclərə metro sistemində layihələrini tətbiq etmək və gələcək karyeraları üçün əlavə təcrübə qazanmaq baxımından geniş şərait yaradılacaq.
Qeyd edək ki, Bakı Metropoliteni hakatona hazırlıq çərçivəsində ölkənin 5 aparıcı ali təhsil müəssisəsində geniş infosessiyalar keçirərək təqdimatlar edib. Ümumilikdə 300-dən çox tələbənin iştirak etdiyi bu görüşlərdə layihənin məqsəd və mahiyyəti izah olunub, gənclərin texnoloji həllərə cəlb edilməsi üçün müvafiq məlumatlandırma işləri aparılıb.
Layihənin təşkilində məqsəd süni intellekt əsaslı texnologiyalar vasitəsilə sərnişin axınının idarə olunması və sıxlığın azaldılması kimi strateji hədəflərə, həmçinin gənclərin innovativ ideyalarını real infrastruktur həllərinə çevirməklə paytaxtın nəqliyyat sistemində rəqəmsal transformasiyaya nail olmaqdır.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan Mərkəzi Bankı (AMB) "Baku Pay" MMC elektron pul təşkilatına icrası məcburi göstəriş verib.

Ən son

GÜNDƏM

"Bakı Metropoliteni" QSC sərnişindaşıma xidmətlərinin rəqəmsallaşdırılması və gənclərin innovativ potensialının reallaşdırılmasına töhfə vermək məqsədilə həyata

GÜNDƏM

"Bakı Metropoliteni" QSC sərnişindaşıma xidmətlərinin rəqəmsallaşdırılması və gənclərin innovativ potensialının reallaşdırılmasına töhfə vermək məqsədilə həyata
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin