Qəbələ Uşaq Reabilitasiya Mərkəzində hər kəs bizə sevgi və qayğı ilə yanaşır.
Bu sözləri Baki-baku.az-a açıqlamasında Mərkəzdə reabilitasiya keçən Rəvanə Məmmədova deyib.
O, bura Şəkidən gəlir. Hər dəfə bura böyük həvəs və sevinclə gəldiyini deyən Rəvanə həkimlərə minnətdarlığını bildirdi: “Hər gəlişimdə daha bir addım sağlamlığıma qovuşuram. Buranın bütün personalını mənə və digər uşaqlara xüsusi diqqət göstərir”.
Mərkəzdə reabilitasiya keçən uşaqlardan biri də İlqar Zeynalovdur. Onun 15 yaşı var. O deyir ki, burada keçirdiyi hər gün ona xüsusi sevinc bəxş edir. İlqar həkimlərin müalicəsi və müəllimlərin öyrətdiklərindən sevgi dolu danışdı.
Mərkəzin direktoru Ruhib Rəhimov da mərkəzlə jurnalistləri tanış edərək burada görülən işlərdən söz açıb, statistik məlumatları təqdim edib.


