Mayın 5-8-də “Bakı Ekspo Mərkəzi”ndə keçiriləcək 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi və Forumunda, “InterFood Azerbaijan” – 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisində ilk dəfə olaraq “Hosted Buyer” (Alıcı Missiyası) proqramı təşkil olunacaq.
Bu barədə Baki-baku.az-a sərgilərin təşkilatçısı olan “Caspian Event Organisers” şirkətindən bildirilib.
Məlumata görə, proqram sərgiyə qatılan ziyarətçi-alıcılar üçün maksimum effektiv və rahat iş şəraitinin yaradılması məqsədilə həyata keçirilir. “Hosted Buyer” çərçivəsində sərgilərə Rusiyanın “Lenta”, “Samokat”, “Fresh market” hipermarketləri və digər şirkətlər qatılacaq.