“Bakı Metropoliteni” QSC-də saat 12:00-dan etibarən xətlərdə 28 cüt qatar fəaliyyət göstərir.
Bu barədə Baki-baku.az-a səhmdar cəmiyyətindən bildirilib.
Bildirilib ki, yenilənmiş intervallar bunlardır: “Əhmədli–28 May” – 2 dəqiqə 8 saniyə, “28 May–Dərnəgül” – 4 dəqiqə 15 saniyə, “28 May–İçərişəhər” – 4 dəqiqə 15 saniyə.
“Qatarlararası intervalların daha da azaldılması istiqamətində işlər davam edir”, – məlumatda qeyd olunub.