“European Tobacco-Baku” ASC ləğv olunduğunu elan edib.
Baki-baku.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.
Məlumata görə, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, 1-ci Köndələn küçəsi, ev 21 ünvanına bildirə bilərlər.
Xatırladaq ki, “European Tobacco-Baku” 2001-ci ildə yaradılıb, Azərbaycanın aparıcı siqaret istehsalçısıdır. Onun nizamnamə kapitalı 134 min manata yaxındır. Müəssisənin sahibi keçmiş deputat Rüfət Quliyevdir.