Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 04/20/2026

Paylaşın

GÜNDƏM

Bakıda Qazaxıstanın 20-dən çox universitetinin iştirakı ilə təhsil sərgisi keçiriləcək

WhatsApp Image 2026-04-20 at 12.04.32

Bakıda mayın 2-də gənclərin gələcək təhsil seçimlərinə dəstək məqsədilə genişmiqyaslı təhsil sərgisi keçiriləcək.
Baki-baku.az xəbər verir ki, tədbir “İZ Community”nin təşkilatçılığı ilə “Study in Kazakhstan” layihəsi çərçivəsində reallaşdırılır.
Sərgidə Qazaxıstanın 20-dən çox aparıcı ali təhsil müəssisəsi, o cümlədən Əl-Fərabi adına Qazax Milli Universiteti, L.N. Qumilyov adına Avrasiya Milli Universiteti və Turan Universiteti təmsil olunacaq.
Bununla yanaşı, Cardiff University də tədbirdə iştirak edəcək.
Eyni zamanda, ölkənin qabaqcıl liseyləri və təhsil, karyera, fərdi inkişaf sahəsində fəaliyyət göstərən yerli brendlər də öz proqram və xidmətlərini təqdim edəcəklər.
“Beynəlxalq təhsil evinizə daha yaxın” şüarı ilə keçirilən sərgi şagirdlər, tələbələr və valideynlər üçün xaricdə təhsil imkanları, təqaüd proqramları, qəbul şərtləri və karyera perspektivləri barədə birbaşa məlumat əldə etmək imkanı yaradacaq.
Sərgiyə giriş tamamilə sərbəstdir və əvvəlcədən qeydiyyat tələb olunmur. Ziyarətçilər birbaşa tədbirə qatılaraq universitet nümayəndələri ilə ünsiyyət qura biləcəklər.
Qeyd edək ki, sərgi saat 11:00-dan 20:00-dək “Landmark Rotunda Hall”da baş tutacaq.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycanda aprelin 22-də havanın çiskin olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ən son

GÜNDƏM

Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 22-də Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs ilə təkbətək görüşü olub.

GÜNDƏM

Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 22-də Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs ilə təkbətək görüşü olub.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin