Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 04/16/2026

Paylaşın

GÜNDƏM

Bibiheybət yolunda bərpa işləri yekunlaşdırılıb

IMG-20260416-WA0100

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) intensiv yağıntıların fəsadlar yaratdığı Bibiheybət yolunda bərpa işlərini yekunlaşdırıb.

Bu barədə Baki-baku.az-a qurumdan bildirilib.

Məlumata görə, ərazidə mümkün əlavə risklərin qarşısını almaq üçün qabaqlayıcı və təhlükəsizlik tədbirləri də paralel şəkildə həyata keçirilib.

Yolun dayanıqlılığının bərpası və hərəkətin təhlükəsizliyinin təmin edilməsi üçün genişmiqyaslı bərpa işləri aparılıb. “İnşaat Norma və Qaydaları”na uyğun olaraq yeni torpaq yatağı və yol əsası inşa edilib, daha sonra həmin hissəyə tələb olunan qalınlıqda yeni asfalt örtüyü döşənib.

Bununla yanaşı, ərazi boyunca səth sularının effektiv şəkildə kənarlaşdırılması üçün xüsusi drenaj tədbirləri görülüb.

Əraziyə cəlb olunmuş işçi qüvvəsi və xüsusi texnikaların fasiləsiz və operativ fəaliyyəti nəticəsində təxirəsalınmaz tədbirlər qısa zamanda və yüksək keyfiyyətlə başa çatdırılıb. Nəticədə yol yenidən sürücülərin istifadəsinə verilib və vətəndaşların rahat, təhlükəsiz hərəkəti təmin olunub.

Beləliklə, daha bir ərazidə nəqliyyat infrastrukturunun dayanıqlılığı bərpa edilərək əhalinin gündəlik gediş-gəlişi üçün əlverişli şərait yaradılıb.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakıda yaz dəyişkən havası ilə sevindirərkən, planetin bəzi guşələrində yağış artıq müvəqqəti hal deyil, gündəlik həyatın bir hissəsinə

Ən son

GÜNDƏM

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) intensiv yağıntıların fəsadlar yaratdığı Bibiheybət yolunda bərpa işlərini yekunlaşdırıb.

GÜNDƏM

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) intensiv yağıntıların fəsadlar yaratdığı Bibiheybət yolunda bərpa işlərini yekunlaşdırıb.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin