Mərdəkan qəsəbəsində Almas İldırım və Yesenin küçələri aparılan təmir işləri ilə əlaqədar bağlanıb.
Baki-baku.az xəbər verir ki, bu barədə “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti məlumat yayıb.
Bildirilib ki, 140 və 140E saylı xətlərdə avtobuslar hər iki istiqamətdə müvəqqəti olaraq 28 May küçəsi, Əliabbas Əliyev küçəsi və Əliheydər Qarayev küçəsi ilə hərəkət edir.
Təmir işləri ilə bağlı 125, E1 və 149 nömrəli marşrut xətləri üzrə avtobuslar hər üç istiqamət üzrə 20-ci sahə ilə hərəkət edir və “Jurnalistlərin binası” yaxınlığında yerləşən dayanacaq məntəqəsinə daxil olmur.
Bundan başqa, Sahil qəsəbəsi, Vaqif Ələkbərov küçəsində yolda yaranmış çuxurlar səbəbindən 149 saylı xətt son dayanacağa qədər hərəkət edə bilmir. Avtobuslar müvəqqəti olaraq Rövşən Rzayev parkının yanında dayanır.