Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 04/11/2026

Paylaşın

GÜNDƏM

“ŞHK Junior Liqa – Anar Məmmədxanov Kuboku” keçirilib 

IMG-20260411-WA0031

10 aprel tarixində Heydər Əliyev Sarayı daha birmədəniyyət və gənclik bayramına ev sahibliyi edib. ARGənclər və İdman Nazirliyi və Azərbaycan Uşaq Fondunun dəstəyi ilə həyata keçirilən “ŞHK Junior Liqa – Anar Məmmədxanov Kuboku” çərçivəsində Bakının 18 məktəb komandası böyük səhnədə öz istedadını nümayiş etdirib.

Baki-baku.az xəbər verir ki, layihənin bədii rəhbəri və tədbirin aparıcısı Səməndər Rzayev gecəyə xüsusi enerji qataraq proqramın dinamik və yüksək əhval-ruhiyyədə keçməsinə töhfə verib. Bütün komandalar yüksək səviyyəli çıxışları ilə tamaşaçıların böyük rəğbətini qazanıb və maraqlı, gərgin mübarizə şəraitində çıxış ediblər.
Nəticələr:


Böyük Qızıl Kubok
6 nömrəli məktəbin yığması – “Palata №6”

Böyük Gümüş Kubok
189-190 nömrəli məktəblərin yığması – “Abrakadabra”

Böyük Bürünc Kubok
Bakı Avropa Liseyi – KVN komandası “Fantastik Dördlük”

Kiçik Qızıl Kubok
17 nömrəli məktəbin yığması – “Əhmədli Şumu”

Kiçik Gümüş Kubok
56 nömrəli məktəbin yığması

Kiçik Bürünc Kubok
18 nömrəli məktəbin yığması – KVN komandası “Şəhər Uşaqları”. 


Həmçinin, Anar Məmmədxanov kubokunda iştirak etdikləri üçün bütün komandalara xatirə olaraq kiçik kuboklar təqdim olunub.

Münsiflər heyəti:
• Murad Dadaşov 
• Cavid Şahbazbəyov
• Zəhra Bədəlbəyli
• İradə Məmmədxanova
• Hacı Nuran Hüseynov
• Nəriman Abdullayev

Tədbirin sonunda çıxış edən münsiflər heyətinin üzvü, ŞHK Junior Liqanın direktoru Cavid Şahbazbəyovqeyd edib ki, layihə “Bakılı oğlanlar” ŞHK-nın əfsanəvi kapitanı Anar Məmmədxanovun əziz xatirəsinə həsr olunub. O, vurğulayıb ki bu möhtəşəm bir oyun, parlaq və enerjili ŞHK gecəsi oldu, bu böyük səhnə gənclərimiz üçün gələcəyinin başlanğıcıdır və layihə ŞHK nəslini yetişdirmək üçün onlara yeni imkanlar açmağa davam edəcəkdir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

İçərişəhər ərazisində Qala divarının bir hissəsində baş vermiş qismən dağılma ilə bağlı "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən

Ən son

GÜNDƏM

Üzərində tikilən evlər səbəbindən Xətai rayonu, Rəşid Bağırov küçəsində çökən diamertri 1200 mm-lik tullantı su

GÜNDƏM

Üzərində tikilən evlər səbəbindən Xətai rayonu, Rəşid Bağırov küçəsində çökən diamertri 1200 mm-lik tullantı su
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin