Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 04/10/2026

Paylaşın

GÜNDƏM

Bakı aeroportu WUF13 çərçivəsində nəqliyyat axınının tənzimlənməsi ilə bağlı sərnişinlərə müraciət edib

IMG-20260410-WA0016

Bakı şəhərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) çərçivəsində həyata keçirilən hazırlıq tədbirləri ilə əlaqədar olaraq, 11 aprel tarixindən 12 aprelə keçən gecə paytaxtın bəzi istiqamətlərində müəyyən edilmiş marşrutlar üzrə nəqliyyat vasitələrinin hərəkəti monitorinq ediləcək.

Bu barədə Baki-baku.az-a Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.

Məlumata əsasən, bu çərçivədə, 12 aprel saat 01:30-dan 03:30-dək Heydər Əliyev Beynəlxalq Aeroportu istiqamətində nəqliyyatın hərəkətində müvəqqəti tənzimləmələr həyata keçiriləcək.

Mövcud vəziyyəti nəzərə alaraq, Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərə səfərlərini əvvəlcədən planlaşdırmağı, mümkün nəqliyyat sıxlığını nəzərə almağı və Zığ şosesi istiqamətindən alternativ marşrut kimi istifadə imkanını dəyərləndirməyi tövsiyə edir.

Uçuşların vaxtında və rahat şəkildə həyata keçirilməsini təmin etmək məqsədilə sərnişinlərə hava limanına uçuşdan ən azı 3 saat əvvəl gəlmələri tövsiyə olunur.

Qeyd edək ki, hava limanı ilə şəhər mərkəzi (“28 May” Nəqliyyat Mübadilə Mərkəzi) arasında hərəkət edən “Aeroekspress” avtobus marşrutu fəaliyyətini qrafik üzrə davam etdirəcək və sərnişinlər üçün etibarlı nəqliyyat alternativi olaraq qalır.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakının Xətai rayonu, “Nargilə dairəsi” adlanan ərazidə yerləşən “Nargilə” kafesinin söküləcəyi bildirilir.

Ən son

GÜNDƏM

Bakıda aprelin 11-də havanın 16 dərəcə isti olacağı, rayonlarda yağış yağacağı gözlənilir.

GÜNDƏM

Bakıda aprelin 11-də havanın 16 dərəcə isti olacağı, rayonlarda yağış yağacağı gözlənilir.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin